“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Toy bazarında son durum: Böhran dərinləşir

Tarix 30.05.20, 12:28

Font ölçüsü : - / +
bitmap-img6


Karantin rejimində toy mərasimlərinin təşkilinə qoyulan qadağa həm toy etmək istəyənləri, həm də restoran sahiblərini çıxılmaz vəziyyətdə qoyub. Üstəlik, ölkənin toy sənayesi indiyə qədər görülməmiş ziyanla üzləşib.

AzFakt.com xəbər verir ki, toylarla bağlı tətbiq olunmuş qadağanın aradan qaldırılmasını səbirsizliklə gözləyən restoran sahibləri şadlıq saraylarına qoyulacaq yeni tələblərdən narahatdırlar. Ən çox müzakirə olunan məsələ saraylarda masa və stulların sayının azaldılması yolu ilə zalda insanların seyrəkliyini təmin etməkdir.

Restoran işlədən sahibkarlar deyirlər ki, masa və stulların sayını azaltmaq mümkün olsa da, bu, restoran sahibləri üçün sərfəli deyil. Xüsusilə də icarə ilə işləyən restoranlarda masa sayını azaltmaq ciddi ziyana səbəb ola bilər. Üstəlik, masa sayı azaldılacağı təqdirdə restoranlarda qiymətlər bahalaşa bilər.

Bununla belə bəzi restoran sahibləri müəyyən güzəştlərə getməyə və gigiyena qaydalarının sərtləşdirilməsinə hazırdırlar. Onlar deyirlər ki, zalları geniş olan saraylarda masalararası məsafəni uzatmaq mümkündür.

İndiki vəziyyətdə isə şadlıq saraylarında qarşıdakı ayların bütün günləri rezervasiya olunub. Hətta əvvəllər əsasən şənbə və bazar günlərində toy etməyə üstünlük verilirdisə, indi həftəiçi günlər də doludur.

Qeyd edək ki, mart ayından etibarən ölkə üzrə toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib. Bu qadağanın nə vaxta qədər qüvvədə olacağı isə hələ ki, bəlli deyil.






Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap