Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə rəsmi açıqlama - VİDEO

Tarix 24.09.20, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyəti yenidən bərpa olunur. Artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib.

AzFakt.com BAKU.TV-yə istinadən xəbər verir ki, bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Yaxın zamanlarda toy və yas mərasimləri ilə bağlı yumşaldılmaların olacağı, eləcə də ticarət mərkəzlərinin müəyyən qaydalarla fəaliyyətə başlayacağı gözlənilir.

Xəbəri eşidən şadlıq sarayları da hazırlıq işlərinə başlayıblar və məclislərin yenidən keçiriləcəyi günü gözləyirlər.

Restoran sahiblərinin sözlərinə görə, sözügedən məsələ ilə bağlı İcra Hakimiyyəti orqanları tərəfindən onlarla əlaqə yaradılıb və restoran haqqında müxtəlif məlumatlar qeydə alınıb.

Dünəndən yayılan bu informasiyanın nə dərəcədə düzgün olduğunu öyrənmək üçün İcra Hakimiyyəti orqanları ilə əlaqə yaratmağa çalışdıq.

İcra orqanlarından verilən məlumata görə isə, toyların fəaliyyəti ilə bağlı dəqiq qərar yoxdur, sadəcə restoran və digər qapalı müəssisələrdə monitorinq keçirmişik.

Restoran sahiblər toy ilə bağlı icradan onlarla əlaqə saxlandığını deyir, icra orqanları isə belə bir məlumatın yanlış olduğunu bildirirlər.

Operativ qərargah isə toyların fəaliyyətinin bərpası ilə bağlı yeni qərarın olmadığını bildirir. Restoranlara zəng edib bu məlumatları icra adından kimlərin götürdüyü də sual altında qalır. Ya zəng edən icra orqanının işçisi deyil, ya da ki, toyların fəaliyyəti bərpa olunacaq xəbəri doğrudur, bizə sürpriz edəcəklər.







Xəbərin oxunma sayı : 478

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda