Bu gündən Azərbaycanda hərəkətə məhdudiyyət qoyuldu – DETALLAR Cazibədar modeldən seksual paylaşım - FOTO Mehriban Əliyeva koronavirusla bağlı xalqa çağırış etdi: "Ağrı və iztirablar sərhəd tanımır..." Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO
Axtar
 
  • / Gündəm / — 05 Aprel 2020

    Bu gündən Azərbaycanda hərəkətə məhdudiyyət qoyuldu – DETALLAR

  • / Maqazin / — 23 Mart 2020

    Cazibədar modeldən seksual paylaşım - FOTO

  • / Gündəm / — 18 Mart 2020

    Mehriban Əliyeva koronavirusla bağlı xalqa çağırış etdi: "Ağrı və iztirablar sərhəd tanımır..."

  • / Maqazin / — 14 Fevral 2020

    Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO

  • / Maqazin / — 10 Fevral 2020

    Hadisə sinəsini böyüdüb? - VİDEO

  • / Maqazin / — 05 Fevral 2020

    Rəqqasə Aygünün ehtiraslı görüntüsü yayıldı - VİDEO

Tramp “Taliban”la gözlənilən sülh sazişindən danışdı:“Hər kəs bunun baş verməsini istəyir”

Tarix 25.02.20, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


“Əfqanıstandakı hərbçilərin sayını 8,6 minə endirmək üçün ciddi səylər göstəririk. İnsanlar da bundan məmnundurlar. Ardından son nəticənin nə olacağına qərar verəcəyik”.

TASS xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Hindistana səfərindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunun perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.

O həmçinin “Taliban”la fevralın sonunda əldə olunacağı gözlənilən razılaşmaya ümid etdiyini bildirib və hələlik Əfqanıstandakı vəziyyətin dinamikasının müsbət olduğunu qeyd edib: “Minimum zorakılıq səviyyəsi ilə iki gün artıq geridə qalıb. Görək nə olacaq. Amma hər kəs bunun baş verməsini istəyir”.

Onun sözlərinə görə, ABŞ Əfqanıstandan qoşunların çıxarılması halında bu ölkədə və ümumilikdə bölgədə vəziyyəti izləyəcək və zəruri hallarda vəziyyətə müdaxilə etməyə kömək edəcək kəşfiyyat strukturlarını saxlayacaq.

Dövlət başçısı əlavə edib ki, ABŞ Əfqanıstanda asanlıqla hərbi qələbə qazana bilər, amma milyonlarla insanın ölümünü istəmədiyindən bunu etməyəcək/Report.



Xəbərin oxunma sayı : 157

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda