Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tramp Səudiyyəni, nazirləri Qətəri dəstəkləyir?

Tarix 21.06.17, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


"The Guardian" yazır ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı və onun Körfəz müttəfiqlərini kəskin tənqid edib. Departamentin bəyanatında deyilir ki, bu ölkələr Qətərə qoyduqları embarqonun səbəblərini "düz-əməlli" izah etməyiblər

Məqalədə deyilir ki, Riyadın və Birləşmiş Ərəb Əmirliklərinin belə açıq tənqid edilməsi, prezident Donald Trampın Qətərin elə bu ölkələr tərəfindən blokadasını tam dəstəklədiyini bildirən bəyanatı ilə kəskin ziddiyyət təşkil edir.

Belə bir təsəvvür yaranır ki, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin xaricdə apardığı siyasət Trampın ritorikasından çox uzaqdır.

"İndi artıq iki həftədir ki, embarqo davam edir. Biz mat qalmışıq ki, Körfəz ölkələri nə qətərlilərə, nə də ictimaiyyətə Qətərə qarşı iddialarını açıqlamayıblar" - Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib.

Sözçü bildirib ki, vaxt keçdikcə Səudiyyə və BƏƏ-nin hərəkətləri daha çox təəccüb doğurur. "Hazırda biz bir sualla üz-üzəyik: Onların hərəkətləri doğrudanmı iddia edildiyinə görə Qətərin terrora verdiyi dəstəkdən narahatlıqla əlaqədardır, yoxsa, bu, Körfəz Əməkdaşlığı Şurasının üzvləri arasında çoxdandır ki, qaynayan incikliyin təzahürüdür?" - sözçü deyib.

Səudiyyə Ərəbistanı Trampı qonaq edəndən iki həftə sonra Qətərə qarşı embarqo elan edib. Belə görünür ki, Riyadın tərəfini tutan Tramp Qətəri terrora iddia olunan dəstəyinə görə cəzalandıran blokadanı dəfələrlə alqışlayıb.

İyunun 6-da yazdığı tvitdə Tramp baş verənləri hətta fəxrlə öz səfərinin nailiyyəti kimi tərifləyib.O deyib ki, "təəssüflər olsun, Qətər tarixən terroru dəstəkləyən bir ölkə olub".

Lakin ötən həftə ABŞ müdafiə naziri Ceyms Mattis Qətərlə, bu ölkəyə 12 milyard dollar dəyərində 36 ədəd F-15 qırıcı təyyarəsi satılmasına dair kontrakt imzalayıb. Buna baxmayaraq Dövlət Departamentinin sözçüsü Nauert, Rex Tillerson və Trampın mövqeləri arasında kəskin fərq olduğunu təkzib edib.

O deyib ki, həm dövlət katibi, həm də prezident bu məsələnin həllini istəyirlər.Sözçü bunu da əlavə edib ki, Tillerson bundan sonra Qətər böhranında vasitəçilik etməkdə məna görmür.Nauert deyib ki, Tillerson embarqo başlanandan bəri iki həftə ərzində Körfəz ölkələrinin rəhbərləri ilə təmaslarda olub.

Nauertin dediyinə görə, əslində vasitəçilyi dayandırmağı prezident Tillersona həftələr öncəsi tapşırmışdı.

"Prezident demişdi ki, qoy problemi özləri həll etsinlər" - Nauert deyib.

Bu embarqodan az əvvəl Qətərin dövlət xəbər agentliyinə haker hücumu olmuş və agentliyin saytında guya Qətər əmirinə aid olan qeydlər yerləşdirilmişdi. Guya bu qeydlərdə əmir Trump-ın uzun müddət prezident qalacağına şübhə etdiyini bildirirdi.

Əmirə aid edilən qeydlərdə bu da deyilirdi ki, o Həməs və İranla əməkdaşlıq faydalıdır.

Ötən çərşənbə axşamı Qətərin baş prokuroru bildirib ki, haker hücumu elə embarqonu qoyan ölkələrdən qaynaqlanıb. Prokuror konkret ölkə adları çəkməyib, lakin FTB iddia edirdi ki, haker hücumunu Körfəz ölkələrinin sifarişi ilə Rusiya hakerləri həyata keçiriblər. ""The Guardian" diqqəti belə bir məqama çəkir ki, Körfəz mübahisəsi Dövlət Departamenti və Müdafiə Nazirliyinin prezidentdən fərqli xətt tutduğunu göstərən növbəti epizod olub. Bu fikir ixtilafı xüsusilə də Rusiya ilə əlaqəsi olan məsələlərdə üzə çıxır.

Əksər Konqress respublikaçıları tərəfindən dəstəklənən Tillerson və Mattis bu qənaətdədirlər ki, Ukraynaya görə Rusiyanın üzərinə qoyulmuş sanksiyalar qüvvəsində saxlanmalıdır. Lakin Tramp sakitcə bu sanksiyaların qaldırılmasına çalışır. (BBC)







Xəbərin oxunma sayı : 229




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap