Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tramp spikerə təyyarə ayırmaqdan imtina etdi –ABŞ-da hökumətin bağlanması daxili gərginliyi pik həddə çatdırıb

Tarix 18.01.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Donald Tramp hökumətin qismən bağlanmasını əsas gətirərək Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Əfqanıstana planlaşdırılan səfərinin ertələnməsinə nail olub.

Strateq.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, yanvarın 17-də axşam Pelosiyə göndərdiyi məktubunda Tramp yazır ki, Konqresin Əfqanıstanda Amerika əsgərlərinə baş çəkəcək, o cümlədən Brüsselə dəyəcək nümayəndə heyətinə hərbi təyyarə ayırmır, çünki bunu ictimai münasibətlər tədbiri hesab edir.

“800 min amerikalının maaş almadığı bir məqamda sizin də bu ictimai münasibətlər tədbirinin tamamilə yersiz olması fikrilə razılaşacağınıza əminəm. Hətta hökumətin bağlanması bitəndən sonra belə bu yeddigünlük ekskursiyaya yenidən baxacağıq”, – yazan Tramp əlavə edir ki, Pelosi və digər konqresmenlər öz səyahətlərini “kommersiya təyyarələri” ilə gerçəkləşdirə bilərlər.

Pelosi prezidentin bu addımı hələlik, şərh etməyib. Trampın ordunun baş komandanı kimi buna səlahiyyəti çatır.

ABŞ hökuməti artıq 27-ci gündür qapalıdır və bu, Amerika tarixində ən uzunmüddətli qapanma sayılır.

Buna səbəb Trampın Meksikayla sərhədin hasarlanmasına 5 milyard dollardan artıq vəsait tələb etməsi olub. Demokratlar bundan imtina edir.
Pelosi həftənin əvvəlində respublikaçı prezidenti yanvarın 29-na planlaşdırılan illik müraciətini təxirə salmağa, yaxud yazılı etməyə çağırıb, buna hökumətin bağlanmasından dolayı təhlükəsizliyi əsas gətirib.

Respublikaçı senator Lindsey Qraham isə tvitində hər iki tərəfin hərəkətindən məyusluğunu bildirib. O, Pelosinin illik müraciətlə bağlı təklifini “çox məsuliyyətsiz”, Trampın konqresmenlərə hərbi təyyarə ayırmamasını isə yersiz adlandırıb.
Bu arada mətbuat katibi Sarah Sanders elan edib ki, Ağ ev maliyyə naziri Steven Mnuçin, Dövlət katibi Mayk Pompeo və digər rəsmilərin Dünya İqtisadi Forumunda iştirakını təxirə salır. Ötənilki foruma qatılmış Tramp da bu il İsveçrədəki tədbirə getməyəcəyini deyib.



Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap