Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tramp Türkiyəyə qarşı iyulda sanksiya tətbiq etmək istəyir - “Bloomberg” agentliyi

Tarix 19.06.19, 13:49

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Administrasiyası Rusiyanın “S-400” zenit-raket komplekslərinin satınalınması ilə əlaqədar rəsmi Ankaraya qarşı bu ilin iyul ayında üç yeni sanksiya paketi tətbiq etməyi düşünür.

Bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən bildirib.

Agentliyin məlumatına görə, hazırda sanksiyalar paketinin tətbiqi ilə bağlı ABŞ Milli Təhlükəsizlik Şurasında, Dövlət Departamentində və Maliyyə Nazirliyində müzakirələr aparılır. Hazırda Türkiyənin müdafiə sektorundakı bir sıra şirkətlərə CAATSA qanunu ilə nəzərdə tutulan və Rusiya ilə işləyən tərəflərə tətbiq olunan sanksiyalar tətbiq edilməsi variantı daha böyük dəstək qazanıb. Belə sanksiyalar şirkətləri ABŞ maliyyə sistemindən uzaqlaşdırmalıdır. Başqa sözlə, həmin şirkətlər üçün ABŞ məhsulları almaq və ya öz məhsullarını Birləşmiş Ştatlarda satmaq mümkünsüz olacaq.

Agentliyin mənbələrinin məlumatına görə, yeni sanksiyalar iyul ayının əvvəlində – Türkiyə “S-400″lərin tədarükünə başlayarkən tətbiq edilə bilər. Eyni zamanda, Türkiyə tərəfindəki mənbələrin bildirdiyinə əsasən, rəsmi Ankara Vaşinqtona olan etimad tamamilə itirildiyindən ABŞ-ın sanksiyalar tətbiq etmək təhdidləri qarşısında əyilməz qalır. /Report




Xəbərin oxunma sayı : 322




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap