“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ucuz meyvə həsrəti: “Qiymət artımı olacaq...”

Tarix 01.11.24, 22:36

Font ölçüsü : - / +
bitmap-img6


Qış fəslinə sayılı günlər qalıb. Bu, meyvə-tərəvəzlərin qiymətlərində baş verəcək dəyişikliklə bağlıdır. Yenidən qiymət artımı gözləniləndirmi?

Mövzunu “Yeni Sabah”a şərh edən iqtisadçı Vahid Məhərrəmov bir sıra məqamlara toxunub:

“Azərbaycan yeganə ölkədir ki, meyvə-tərəvəz sektoruna uzun illərdir maliyyə resursu ayırır, bu sahəyə diqqət yetirir. Ölkəmizdə həm açıq, həm də qapalı təsərrüfatlarda meyvə-tərəvəz istehsal olunur. İdxalın artmasına səbəb isə istehsal prosesindəki problemdir. Baxmayaraq ki, Dövlət Statistika Komitəsinin məlumatlarında istehsalda artım göstərilir, lakin əslində, idxal artıb.

İxracın azalmasına gəlincə, bu, istehsalda problemin mövcudluğunun göstəricisidir. Bir müddət əvvəl buğdanın da istehsalında 2 milyon 200 min tona yaxın artım göstərilmişdi. Bu il isə 250 min ton buğda istehsal olunub. Görün nə qədər fərq var!

Tərəvəzlərdə də, həmçinin, rəqəmləri şişirdiblər. İstehsal azaldığı üçün tərəvəz və meyvənin qiyməti son 3 ildə çox yüksəkdir və artmaqda da davam edir”.

Ekspert bildirib ki, qiymətlərin aşağı düşmə ehtimalı çox az, bahalaşma isə qaçılmazdır:

“Qiymətlərdəki dəyişikliklər isə təkcə idxaldan yox, eyni zamanda, istehsaldan, məhsulun maya dəyərindən, tələb və təklifdən asılıdır. Bazarda tələb çoxalacaqsa, qiymət artacaq, təklif artacaqsa, azalacaq.

Qış fəslində isə hər il bütün meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunur. Təəssüf ki, yeni ildə də qiymətlərdə ucuzlaşma olacağını demək mümkün deyil. Amma artım olacağına şübhə yoxdur”.



Xəbərin oxunma sayı : 1036




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap