Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

UEFA Çempionlar Liqası:“Liverpul“ 14 ildən sonra qalib oldu

Tarix 02.06.19, 8:32

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

AzFakt.com xəbər ki, İngiltərənin “Liverpul” komandası tarixində 6-cı dəfə bu titula sahib olub. Yurgen Kloppun baş məşqçi olduğu kollektiv finalda ölkənin digər təmsilçisi “Tottenhem”i məğlubiyyətə uğradıb – 2:0. Hesabı 2-ci dəqiqədə Məhəmməd Salah açıb.

Sloveniyalı referi Damir Skomina matçın əvvəlində topun Mussa Sissokonun əlinə dəyməsi səbəbindən penalti təyin edib. Misirli hücumçu bu imkandan lazımınca yararlanıb.

Bu, Çempionlar Liqasının final oyunlarında vurulmuş üçüncü ən sürətli qol olub. Salah 108-ci saniyədə fərqlənibsə, 1959-cu ildə İspaniya “Real Madrid”inin oyunçusu Enrike Mateos Almaniya “Ayntraxt”ını 7:3 hesabı ilə yendikləri görüşün 60-cı, 2005-ci ildə isə İtaliya “Milan”ının müdafiəçisi Paolo Maldini elə “Liverpul”la əsas vaxtı 3:3 hesabı ilə nəticələnən görüşün 51-ci saniyəsində fərqlənib.

Oyunda son nöqtəni isə 87-ci dəqiqədə Divok Origi Joel Matipin ötürməsindən sonra qoyub.

Beləliklə, “Liverpul” 1977, 1978, 1981, 1984 və 2005-ci ildən sonra yenidən Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. “Qırmızılar” 14 avqust 2019-cu ildə Türkiyənin İstanbul şəhərindəki “Wodafone Park”da keçiriləcək UEFA Super Kuboku matçında Bakıda Avropa Liqasının qalibi olmuş İngiltərənin digər təmsilçisi “Çelsi” ilə üz-üzə gələcək.

salah






Xəbərin oxunma sayı : 163




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap