Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

UEFA “Qarabağ“ı məhkəməyə verdi - Azarkeşlərinə görə

Tarix 15.08.19, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


UEFA "Qarabağ"ı məhkəməyə verdi - AZARKEŞLƏRİNƏ GÖRƏUEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açıb.

Avropa futbol qurumunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Kipr APOEL-i ilə keçirilən Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədardır.

Məhkəmə işinə səbəb Ağdam təmsilçisinin azarkeşlərinin həmin qarşılaşmada meydana kənar əşyalar atmasıdır. Bildirilib ki, bu məsələyə sentyabrın 19-da baxılacaq.

Qeyd edək ki, "Qarabağ" Kiprdə rəqibini məğlub etsə də (2:1), cavab oyununda 0:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşıb. UEFA daha öncə ÇL-in II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə (3:0) cavab matçı üçün də ölkə çempionuna qarşı intizam işi açmışdı. Həmin iş isə avqustun 22-də nəzərdən keçiriləcək. "Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" kollektivi ilə üz-üzə gələcək. İlk oyun aqustun 22-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.



Xəbərin oxunma sayı : 373




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap