“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ukrayna kəşfiyyatı Krımda əməliyyat keçirdi – İranlı hərbi təlimatçılar öldürüldü

Tarix 25.11.22, 13:59

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya hərbçilərinə “Şahed-136” kamikadze dronlarının idarə olunmasını öyrədən İran təlimatçılarının Krımda öldürüldüklərini təsdiq edib.

“AzPolitika.info” xəbər verir ki, bunu Britaniyanın The Guardian qəzeti yazıb. Danilovun sözlərinə görə işğal olunmuş Ukrayna torpaqlarında Rusiyanın müdaxiləsini dəstəkləyən başqa iranlılar da hədəflənə bilər. Danilov ölən İran təlimatçılarının sayı barədə məlumat verməyib.

Noyabrın 22-də adının çəkilməsini istəməyən Ukrayna məmuru “Jerusalem Post” qəzetinə demişdi ki, bir həftə ərzində Ukrayna qüvvələri rusiyalılara İran dronlarının idarə olunmasında kömək edən onlarca İran vətəndaşını məhv edə biliblər.

Bu da xəbər verilir ki, İran təlimatçıları rusiyalılara dronların buraxılmasında və Ukrayna hədəflərinə tuşlanmasında kömək edirlər.

Danilov xəbərdarlıq edib ki, Ukraynanın işğal olunmuş ərazilərindəki iranlılar daim təqib ediləcəklər.O “The Guardian” qəzetinə deyib ki, iranlılar orda olmamalı idilər: “Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişdik. Amma əgər onlar terrorçularla əməkdaşlıq edir və xalqımızın məhv edilməsində iştirak edirlərsə, biz onları öldürməliyik”.

Kiyev Moskvanı Ukraynanın mülki və enerji obyektlərinə zərbələrdə İranın Şahed-136 dronlarından istifadədə ittiham edir.

Rusiya tərəfi İrandan dronlar almasına dair xəbərləri israrla inkar edirdi. Lakin Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndələrindən biri RBK telekanalının canlı efirində bu xəbərin doğru olduğunu ağzından qaçırmışdı.

İran noyabrın 5-də Rusiyaya Şahed dronları verdiyini təsdiqləmişdi. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian demişdi ki, Tehran Moskvaya az sayda dron verib, lakin bu, Ukraynaya müdaxilədən bir neçə ay əvvəl olub.

ABŞ, Avropa İttifaqı və İsveçrə İranın dron istehsalçısı “Shahed Aviation Industries” və Rusiyaya Ukrayna müharibəsində kömək edən başqa şirkətlərin üzərinə sanksiyalar qoyublar.

“Defense Express” layihəsinin eksperti İvan Kiriçevski “Current Time” televiziyasına müsahibəsində deyib: "Təsdiq olunmuş faktlar var ki, bizim şəhərlərimizə qarşı “Şahed” dronlarından istifadədə ruslara İran təlimatçıları kömək edirlər. Təəssüf ki, onların Səudiyyə Ərəbistanının enerji obyektlərinə zərbələr endirməklə qazanılmış təcrübələri var”.



Xəbərin oxunma sayı : 595




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap