“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ukraynada iki min KXDR əsgəri öldürülüb - kəşfiyyat məlumatı

Tarix 02.09.25, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


Müharibədə iştirak etmək üçün Rusiyaya göndərilən iki minə yaxın Şimali Koreya əsgəri Ukraynada həlak olub.

Bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın kəşfiyyat xidmətinin məlumatına əsaslanaraq xəbər yayıb.

“Yonhap”ın məlumatına görə, bu informasiya parlamentin kəşfiyyat komitəsinin qapalı brifinqində təqdim olunub. Deputatlar Park Sun-von və Li Son-Kvun jurnalistlərə bildiriblər ki, Pxenyan Rusiyaya daha altı minə yaxın əsgər göndərmək niyyətindədir. Eyni zamanda, minə yaxın mühəndis artıq Rusiya Federasiyasındadır.

Kəşfiyyat xidməti Şimali Koreya əsgərlərinin hazırda arxa mövqelərdə olduğunu və ehtiyatda istifadə edildiyini bildirir. Göndərilən bölmələrdə komanda dəyişikliyi də istisna edilmir.

Deputat Linin sözlərinə görə, KXDR hakimiyyəti transferin ilk mərhələlərində təxminən 350 əsgərin öldüyünü rəsmən etiraf edib. Bununla belə, NIS aprel ayında 600 nəfərin öldüyünü söyləmişdi. İndi xarici tərəfdaşlarla birgə “əlavə təhlil”dən sonra bu rəqəm iki minə çatıb.

Ötən ilin oktyabr ayından bəri Şimali Koreya Rusiyaya 13 minə yaxın hərbi qulluqçu göndərib, həmçinin Rusiya ordusuna silah və sursat verib.



Xəbərin oxunma sayı : 220




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap