Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ukraynadan gətirilən 63 ton günəbaxan tumu zərərsizləşdirildi

Tarix 28.11.18, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı zamanı Ukraynadan Azərbaycana 3 nəqliyyat vasitəsində ümumilikdə 63 ton miqdarında idxal olunan günəbaxan tumunda zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub və məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib

Agentlikdən virtualaz.org-a verilən məlumata görə, qeyd olunan məhsuldan götürülmüş nümunələrdə respublika ərazisi üçün karantin sayılan zərərli orqanizm azçiçəkli senxrus (Cenchrus pauciflorus) aşkar edilib.

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir. Zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, 63 ton günəbaxan tumu xüsusi aqreqatlar vasitəsilə zərərsizləşdirilib.

Qeyd edək ki, azçiçəkli senxrus zərərvericiliyi bitkilərin məhsuldarlığını azaltması, digər bitkilərin kölgələnməsi, yaylaqların sirayətlənməsi və onların məhsuldarlığının aşağı düşməsi, heyvanların yununun keyfiyyətinin azalması, insanlara və heyvanlara əks təsiri ilə (ağrılar, yaraların uzun müddət sağalmaması) göstərilir. Bu zərərli orqanizm daha çox qarğıdalı, günəbaxan, tərəvəz, bağ bitkilərini və üzüm bağlarını sirayətləndirir, yüksək rəqabət səbəbi ilə bitkilərin məhsuldarlığını azaldır.









Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap