Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Uyğurlara görə Çinə sanksiyalar tələb edilir – Rəsmilər “qara siyahıya” salınacaq

Tarix 15.05.20, 16:03

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Senatı yeni qanun layihəsində Prezident Donald Trampı uyğur müsəlmanların repressiyasına görə Çinə sanksiyalar tətbiq etməyə çağırıb.

Hər iki partiyanın hazırladığı layihə mayın 14-də yekdilliklə qəbul olunub. Qanunvericilikdə uyğur müsəlmanlara divan tutduğuna görə Çin hökumətinin aparıcı rəsmilərinə sanksiyalar nəzərdə tutulur, insan haqlarının boğulmasında istifadə olunan məhsulların ixracına qadağalar qoyulur.

İndi demokratların nəzarətində olan Nümayəndələr Palatası layihəni təsdiqləməli, daha sonra Ağ evə göndərilməlidir.

BMT və insan haqları qrupları Çini ölkənin qərbindəki Sintzyan (Sincan) regionunda bir milyonadək türkdilli uyğuru ekstremizmlə mübarizə adı altında konsentrasiya düşərgələrinə yığmaqda ittiham edir.

Pekin ittihamları rədd edir, bu azlıq qrupunun könüllü təlim düşərgələrinə cəlb olunduğunu deyir.

Senatın Xarici əlaqələr komitəsinin sədri respublikaçı Ceyms Risç deyib ki, layihənin qəbulu Çini kobud insan haqları pozuntularına görə məsuliyyətə cəlb etmək yolunda vacib addımdır.

“Çinin azı bir milyon uyğuru və digər müsəlman azlığı həbs düşərgələrində qanunsuz saxlaması qınanılası və bağışlanması mümkün olmayan addımdır”, – o, senatın aparıcı demokrat üzvü Bob Menendez və respublikaçı senator Marko Rubio ilə birgə bəyanatında deyib.

Çin isə ABŞ-ın uyğurlarla bağlı hər hansı addımını cavabsız qoymayacağını deyir, bunu özünün daxili işi hesab edir.

Bu arada Prezident Tramp və onun respublikaçı müttəfiqləri Çinin yeni koronavirusun yayılmasına məsuliyyəti ilə bağlı tədbirlər görməyə çağırırlar. Pandemiya dünya iqtisadiyyatlarını çökdürüb, prezidentin yenidən seçilmək şanslarına zərbə vurub.

Bu vəziyyətdə yanvarda tərəflərin əldə etdiyi ticarət sazişinə də təhlükə yaranır.

Tramp mayın 14-də deyib ki, koronavirus pandemiyası ABŞ sənayesinin əhəmiyyətini, təchizat zəncirlərini Çindən çıxarmağın vacibliyini göstərdi.

“Bu səfeh təchizat zəncirləri bütün dünyada mövcuddur, məhsul dünyanın müxtəlif yerlərində hazırlanır. Dünyanın bir yerində işlər pisləşirsə, hər şey bir-birinə qarışır”,– Tramp “Fox Business Network”ə müsahibəsində deyib. “Onların hamısı BirləşmişŞtatlarda olmalıdır”, – o, sözlərinə əlavə edib.

Çini COVID-19-un qarşısını ala bilmədiyinə görə tənqid edən Tramp deyib ki,“biz çox şey edə bilərdik… Münasibəti tamamilə kəsə bilərdik”.

O, çinli həmkarı Si Zinping ilə danışmaq istəmədiyini sözlərinə əlavə edib.

Prezidentin tənqidçiləri deyirlər ki, Çin pandemiyayla bağlı xeyli sualları cavablandırmalıdır, amma Tramp da özünün BirləşmişŞtatlarda pandemiyanı necə idarə etməsindən diqqəti yayındırmağa çalışır. (azadliq.org)



Xəbərin oxunma sayı : 601




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap