Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Vüqar Rəhimzadə:“Bu şəxslər ən ağır cəzaya layiqdir“

Tarix 06.03.19, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


“İnsanlar müxtəlif siyasi baxışlara, fərqli düşüncələrə sahib ola bilərlər. Lakin xalqın, dövlətin maraqlarından söhbət düşəndə bütün mövqelər birləşməli, dövlət və milli mənafelər hər şeydən üstün tutulmalıdır. Əgər bir insan bu ali keyfiyyətlərdən məhrumdursa və dövlətə xəyanət yolunu tutubsa o, ən ağır cəzaya layiqdir. Bu günlərdə Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, məsuliyyətə cəlb edilən Fəxrəddin Abbasov da belələrindəndir. Hesab edirəm ki, cəmiyyət bu cür çürük ünsürlərdən təmizlənməli, dövlətə, xalqa xəyanət yolunu tutanlar qanunun yol verdiyi ən ağır şəkildə cəzalandırılmalıdırlar”.

AzFakt.com Azərtac-a istinadla xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

“Fəxrəddin Abbasovun düşmən Ermənistana səfərləri, özünün də qeyd etdiyinə görə, erməni xüsusi xidmət orqanının əməkdaşı ilə görüşlərinin və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və s. məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir. Təbii ki, bütün bu məqamlar ən ciddi şəkildə araşdırılacaq. Maraqlıdır, bir insan öz Vətəninə qarşı bu qədərmi nankor olar?! Bu torpağın suyunu içib, çörəyini yemək, sonra da ona qarşı xəyanət yolunu tutmaq hansı insanlığa, mənəvi dəyərlərə uyğundur?! Hər bir halda cinayət heç vaxt cəzasız qalmamalıdır. O zaman haqq, ədalət öz yerini tapır”, – deyə Vüqar Rəhimzadə qeyd edib.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Fəxrəddin Abbasov kimi Vətən xainlərinin həbsini siyasiləşdirmək əbəsdir. Bu gün Qərbin bəzi QHT-ləri, erməni və ermənipərəst qüvvələr, eyni zamanda müxtəlif qərəzli dairələr insan hüquq və azadlıqları adı altında başqa ölkələrə təzyiq göstərməyə çalışırlar və bu çirkin siyasət uzun illərdir ki, davam edir. Əslində isə bunun demokratik dəyərlərlə, insan hüquq və azadlıqları ilə heç bir əlaqəsi yoxdur. Burada hansısa “maraqlar” və “mənafelər” ön plana çıxır. Ancaq dünya artıq bu ikili standartlardan xəbərdardır və onlara boyun əymir. Bu mənada Fəxrəddin Abbasovun həbsini siyasiləşdirmək, ona başqa don geydirmək yolverilməzdir. Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və eyni məsuliyyəti daşıyırlar. Qanunlara əməl edənlər hörmətə, onları pozub dövlətə xəyanət yolu tutanlar isə ən ağır cəzaya layiqdir.



Xəbərin oxunma sayı : 259




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap