Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Vüsalə Əlizadə: “O qədər bəxtəvər deyiləm ki, maşın hədiyyə etsinlər”

Tarix 08.11.17, 5:49

Font ölçüsü : - / +
bitmap-img6


Teleaparıcı Vüsalə Əlizadə yeni avtomobil sahibi olması haqda yayılan xəbərlərə aydınlıq gətirib

Musavat.com-a açıqlama verən aparıcı bildirib ki, "Porsche Cayenne” markalı avtomobilini kredit şərtləri ilə özü alıb: “Səhər uşağı dərsə yola salıb, yatmışam. Oyananda gördüm ki, 3 tanımadığım nömrədən və tanışlardan zəng gəlib. Tanışlar ilə danışdım. Tanımadığım nömrələrlə əlaqə saxlamamışam. Baxıram, yazıblar ki, Vüsaləyə zəng elədik, telefonu açmadı. Yatdığım üçün zənglərə cavab verməmişəm. Mən tanınan və sevilən teleaparıcıyam, böyüklü-kiçikli hər kəsin rəğbətini qazanan simayam. Tamaşaçıların da sevgisi göz qabağındadır. O qədər bəxtəvər olmamışam ki, kimsə mənə maşın hədiyyə etsin. Bəzilərinə adamları, sevgililəri maşın alıb. Mənim o bəxtəvərliyim yoxdur. Elə təklif olsa da, qəbul etmərəm.

Məni “Maşın” şounun 14-cü buraxılışına dəvət etsələr də, gedə bilmədim. Dəvət alanda düşündüm ki, qismətdir, gedim, bəlkə uddum. Evdən razı deyildilər. Dedilər ki, orda dava-qırğın, söz-söhbət olur. Mən iki günlük getmişdim, iki gün üçün paltar aparmışdım. Elə oldu ki, oyunda qaldım, özümə də maraqlı oldu, tamaşaçıların da dəstəyini gördüm və gəlib 3-lüyə çıxdım. Finala çıxacağım yuxuma girməzdi.

Mənim oyunda halım pisləşdiyi üçün əlimi götürmədim. Böyrəyimlə, səhhətimlə bağlı problem yoxdur, sağ-salamat ayaq üstəyəm. Heç kim sevinməsin. Ağızlarına gələni danışmasınlar, yazmasınlar. Sadəcə olaraq yorulmuşdum, bir sutka ayaq üstündə, tərpənmədən dayanmaq hər kəsin işi deyil. Mənim sağlığımda problem yoxdur. Deyirlər ki, Vüsalə kiminsə yerini tutdu, gərək, yerini kiməsə verərdi. Orada hər kəs öz haqqına oynayır, orada qalmaq hamımızın haqqı idi. Eləcə də mənim...

“Maşın” şouya getməmişdən əvvəl gedib avtomobili seçmişdim. Mən uşaqlı, tək qadınam. Həmişə fikirləşmişəm ki, birinci evim olsun. Ona görə də bu illər ərzində pulumu toplayıb özümə kreditlə ev götürdüm. Evin ödənişini bitirdikdən sonra avtomobil almaq qərarına gəldim. Indi də avtomobilin yarı pulunu ödəyib, kreditə götürmüşəm. Qalan pulu da yavaş-yavaş ödəyirəm. Mən kimdənsə hədiyyə alıb, gözükölgəli olmamışam, olmaq fikrim də yoxdur”. 



Xəbərin oxunma sayı : 379




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap