![]() |
|














Vaksin uğrunda qlobal “müharibə ” – Varlılar alır, yoxsullar baxa-baxa qalır...
Tarix 31.07.20, 17:49 |
|
4590.jpg)
Dünyada COVID-19 vaksinləri uğrunda qəddar bir savaş gedir, hərə öz başının çarəsinə baxır. Bu haqda “Reuters” agentliyi yazır.
Qlobal səhiyyə agentlikləri vaksin alışının, dünyada onu bərabər paylamağın sxemini qurmağa çalışırlar. Ancaq zəngin ölkələr qəti hərəkətə keçərək öz vətəndaşları üçün milyonlarla vaksin dozasını indidən alırlar.
Artıq Birləşmiş Ştatlar, Britaniya, Avropa Birliyi Pfizer (PFE.N), BioNtech (22UAy.F), AstraZeneca (AZN.L) və Moderna (MRNA.O) şirkətləri ilə oxşar razılaşmalar bağlayıblar. Ekspertlər bunun qlobal fəaliyyətə ziyan vurduğunu deyirlər. “Hər kəsin ikitərəfli sazişlər bağlaması vəziyyətin optimallaşmasına xidmət etmir”, – GAVI alyansının rəhbəri Sez Berkley deyib. Bu alyans COVAX adlı sxemə rəhbərlik edir. Sxemin məqsədi COVID-19 vaksinlərinə qlobal sürətli və ədalətli çıxışı təmin etməkdir.
90 ölkənin əhalisinin 20 faizi...
Pfizer bu həftə bildirib ki, AB və onun bir sıra üzvlərinə özünün potensial vaksinini satmaqla bağlı danışıqlar aparır. Britaniya çərşənbə günü elan elədi ki, GlaxoSmithKline (GSK.L) və Sanofi (SASY.PA) şirkətlərindən potensial COVID-19 vaksinlərini daha tez almaq üçün saziş əldə edib.
Sərhədsiz Həkimlər Təşkilatının (MSF) mövqeyincə, bütün bunlar zəngin ölkələrin vaksin tədarükü uğrunda çarpışmasını daha da alovlandıracaq, vaksin millətçiliyi kimi təhlükəli tendensiyaya töhfəsini verəcək.
Agentlik 2009/2010-cu illərdə H1N1 qrip virusu pandemiyası dövründə vaksin təchizatı və paylaşmasını yada salır. O zaman zəngin ölkələr vaksinin mümkün ehtiyatını aldılar, kasıb ölkələrə heç nə çatmadı. Xoşbəxtlikdən H1N1 daha yumşaq xəstəlik idi. COVID-19 isə daha böyük təhdid hesab olunur.
“Bəzi ölkələr bizim qorxduğumuzu edirlər – hərə öz başına çarə qılır”, – ABŞ Beynəlxalq İnkişaf Agentliyinin keçmiş başçısı Gayla Smit deyib.
Britaniya daxil olmaqla 75-dən artıq zəngin ölkə COVAX maliyyələşmə sxeminə maraq göstərib. Dünya Səhiyyə Təşkilatı (DST) və Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyasının (CEPI) rəhbərlik etdiyi sxemə 90 nisbətən yoxsul ölkə daxildir, onlara ianələrlə dəstək göstəriləcəyi bildirilir. Birləşmiş Ştatlar, Çin və Rusiya isə COVAX-a maraq göstərməyiblər.
Ekspertlərin dəyərləndirməsinə görə, ilin sonunadək dünyada 2 milyard doza effektiv COVID-19 vaksini ola bilər. Təbii ki, vaksin adına bir sıra namizədlərin sınağı effektiv olarsa. COVAX-ın məqsədi ona üzv olan ölkələrin əhalisinin azı 20 faizinə vaksin dozalarının çatdırılmasıdır.
Rusiya vaksini qeydiyyata alacağını deyir
“Reuters” başqa bir xəbərində Rusiyada ilk potensial COVID-19 vaksininin avqustun birinci yarısında yerli səviyyədə qeydiyyata alınacağını bildirir. Vaksinin dərhal sonra ön cəbhədə çalışan tibb işçilərinə çatdırılacağı xəbər verilir. Agentlik bunu mənbəyə istinadla yazır.
Ancaq təbii ki, vaksinin yerli səviyyədə təsdiqlənməsi digər ölkələrin səhiyyə və təhlükəsizlik qaydalarından fərqlənir.
Moskvadakı Gamaleya tədqiqat institutu adenovirus əsaslı vaksinin insan üzərində ilkin sınağını bu ay tamamlayıb və avqustda irimiqyaslı sınaqlar gözlənir. Mənbənin bildirməsinə görə, vaksinin irimiqyaslı sınaqlar getdiyi bir dönəmdə təsdiqlənəcəyi gözlənir ki, bu da Moskvanın vaksin hazırlayan ilk ölkə adını qazanmağa çalışdığını göstərir.
Rusiyanın vaksini təsdiqlətməyə çalışması Qərb mediasınada suallar yaradır – görəsən, Moskva dövlət nüfuzunu ciddi elmi tədqiqat və təhlükəsizlikdən üstün tutmur ki? Mənbə deyib ki, vaksinin avqustun 10-da təsdiqlənəcəyi gözlənir, ancaq bu, mütləq avqustun 15-dən tez baş verəcək. “İndiyədək bütün sınaqlar müsbət keçib”, – o vurğulayıb.
Mənbəyə görə, vaksin təsdiqlənən kimi COVID-19 xəstələrini müalicə edən tibb işçilərinə könüllü peyvənd olunma təklif ediləcək.
Rusiyanın “İnterfax” xəbər agentliyi isə məlumatlı mənbəyə istinadla yazıb ki, vaksin 10-12 avqust tarixlərində qeydiyyata alınacaq və 15-dən sonra tətbiq olunmağa başlanacaq.
Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev vaksinin hazırlanmasında təhlükəsizliyin nəzərə alınmaması haqda deyilənləri rədd edib. “Rusiyanın Səhiyyə Nazirliyi bütün gərəkən prosedurlara əməl edir. Başdansovdu iş görülmür”, – o, iyulun 28-də deyib.
Dmitriyev Rusiyanın vaksin hazırlanmasında uğurunu Sovet İttifaqının 1957-ci ildə dünyada ilk Sputnik 1 peykini buraxması ilə müqayisə edib.
“Sputnik Rusiyanın çox istedadlı alimlərinin işinin nəticəsi olduğu kimi... vaksin tədqiqatımız da böyük Rusiya alimlərinin işinə əsaslanır”, – o deyib.
Hazırda dünyada COVID-19 pandemiyasını dayandırmaq üçün 100-dən artıq mümkün vaksin hazırlanır. Dünyada koronavirusa 17 milyondan çox yoluxma təsdiqlənib, 673 mindən artıq xəstə vəfat edib. (azadliq.org)
Xəbərin oxunma sayı : 2734
Dünya
Xəbərlər
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
TOP 10
ARXİV