Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Valideynlərin DİQQƏTİNƏ! Ölüm saçan uşaq oyuncaqları - VİDEO

Tarix 23.01.19, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


“Əgər keyfiyyətli oyuncaq ala bilmirlərsə o zaman heç almasınlar”

ARB TV xəbər verir ki, mağazalarda müxtəlif ölkələrdə istehsal olunan oyuncaqlar satılır. Amma çox hallarda bu məhsulların üzərində onların tərkibi haqqında məlumata rast gəlinmir. Uşaq oyuncaqlarının qiyməti aşağı düşdükcə keyfiyyət məsləsi də azalır.

Nuranə Məmmədova – valideyn: “Qızıma oyuncaq alarkən ən çox onun zövqünə oxşamağını istəyirəm. Məsələn, o, gəlinciklərlə oynamağı xoşlayır, nisbətən bahalı oyuncaqlara üstünlük verirəm. 1 dənə alıram, amma keyfiyyətli alıram”.

Teyyubə Nadirova – satıcı: “Qızlar üçün daha çox “Barbie” gəlincikləri, oğlanlar üçün maşınlar alınır. Keyfiyyətə də önəm verənlər olur, qiymətə də”.

Xüsusilə plastikdən hazırlanan oyuncaqlar azyaşlıların sağlamlığı üçün təhlükəlidir. Keyfiyyətsiz oyuncaqlar uşaqlarda zəhərlənmə, mədə-bağırsaq, dəri-zöhrəvi və yuxarı tənəffüs yollarının müxtəlif xəstəliklərinə səbəb ola bilər.

Şəlalə Həmidova – pediatr: “Oyuncaq və ya əmziklərin keyfiyyətsiz olması səbəb ilə zəhərlənmə halları ilə müraciət edənlər olub. Məsləhətimiz keyfiyyətli oyuncaq alsınlar. Kiçik uşaqlar üçün alınan tibbi ləvazimatları apteklərdən alsınlar. Əgər keyfiyyətli oyuncaq ala bilmirlərsə o zaman heç almasınlar”.

Azyaşlılar üçün oyuncaqlar onların yaş dövrünə uyğun seçilməlidir. 1 yaşınadək uşaqlarçün rəngli və cəlbedici, sonrakı dövrlərdə isə zəkasını inkişaf etdirəcək oyuncaqlara üstünlük verilməlidir.

Psixoloq: “Təkcə görüntü olaraq deyil, yaradıcılığını da inkişaf etdirəcək oyuncaqlar olmalıdır. Buna görə də oyuncaqları sadədən mürəkkəbə doğru seçmək lazımdır. Oyuncaq seçərkən cinsiyyət fərqi qoyulmamalıdır”.

Oyuncaqlar təkcə uşaqların əylənməsi və vaxt keçirməsi üçün vasitə sayılmır. Oynanan oyunlar və oyuncaqlar azyaşlıların gələcək inkişafına təsir edir, onları fərd kimi formalaşdırır.







Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap