Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Valideynlərini döyən oğula 6 il həbs verildi

Tarix 13.09.18, 17:08

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində ana-atasını vəhşicəsinə döyməkdə, onlara hədə-qorxu gələrək pul tələb etməkdə və qanunsuz odlu silah saxlamaqda ittiham olunan 34 yaşlı Natiq Piriyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Natiq Piriyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin anası Kəmalə Piriyeva və atası Qulu Piriyev övladlarından şikayətçi olduqlarını deyiblər. K.Piriyeva deyib ki, oğlu Natiq hamı üçün təhlükəlidir, narkomandır, nə etdiyini bilmir: “Həmin vaxt ölüm hadisəsi də ola bilərdi. Natiqi dəfələrlə müalicəyə göndərmişik, bir valideyn kimi əlimizdən gələn hər şeyi etmişik. Onu sağaltmağa, bu yoldan çəkindirməyə çalışmışıq. Amma olmadı, cinayətkara çevrildi. Həm bizə, həm də ətrafdakılara zərər verdi. Mən sizi əmin edirəm ki, bu nə ailə münaqişəsi, nə də mülki məsələdir. Artıq biz onunla bacara bilmirik".

Qeyd edək ki,N. Piriyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlama ittihamı ilə həbsdə yatıb.

Məlumata görə, N.Piriyev dəfələrlə özünə xəsarət yetirib. Sonuncu dəfə həbsxanada boyun nahiyəsini kəsib...

İttihamda yazılıb ki, N.Piriyev dəfələrlə ata və anasını döyüb, onlara hədə-qorxu gələrək yaşadıqları evi satmalarını, ona pul vermələrini tələb edib.(virtualaz.org)



Xəbərin oxunma sayı : 193




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap