“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Vəfat etmiş polisin həyat yoldaşı Vilayət Eyvazovdan kömək istədi - Müraciət

Tarix 25.02.20, 13:47

Font ölçüsü : - / +
bitmap-img6


2019-cu ilin sentyabr ayının 2-də beyin damarlarının zədələnməsi səbəbindən qəfildən vəfat edən Çevik Polis Alayının kiçik çavuşu Mehdiyev Cavid Şükür oğlunun həyat yoldaşı, məcburi köçkün, Xocavənd rayon Tuğ kənd sakini Mehdiyeva Mahizar Vidadi qızı Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.

AzFakt.com xəbər verir ki, Mahizar Mehdiyeva nazirdən mənzil problemlərinin həll olunmasına kömək etməyi xahiş edib.

Müraciətdə deyilir: 

Cənab nazir, həyat yoldaşım, Çevik Polis Alayının kiçik çavuşu Cavid Mehdiyev 02.09.2019-cu ildə kirayədə yaşadığımız Sulutəpə qəsəbəsindəki evdə beyin damarlarının zədələnməsi nəticəsində vəfat edib. Mən hazırda iki övladım - Yağmur Mehdiyeva və Cavidan Mediyevlə birlikdə Sulutəpə qəsəbəsində kirayədə yaşayırıq. 

Cənab nazir, bilirəm ki, siz nazir olaraq daim polis orqanlarında xidmət edən şəxsi heyətin qayğısına qalır, onların problemlərinin həlli üçün lazım olan addımların atılmasına tapşırıq verirsiniz. Buna görə də sizə müraciət etmək qərarına gəldim. Həyat yoldaşımın vəfatından sonra iki övladımla kirayədə yaşamaq çox çətindir. Bir polis işçisinin həyat yoldaşı və iki uşaq anası olaraq sizdən xahiş edirəm ki, ailəmizin mənzillə təmin edilməsinə köməklik göstərəsiniz. 

Hörmətlə məcburi köçkün, vəfat etmiş Çevik Polis Alayının kiçik çavuşu Cavid Mehdiyevin həyat yoldaşı Mahizar Mehdiyeva".

Əlaqə nömrəsi: (051) 683-15-32










Xəbərin oxunma sayı : 2656




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap