Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Venesuela iqtisadiyyatı sürətlə çökür – Dollar ölkədə 18 dəfə bahalaşdı

Tarix 14.11.17, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


Venesuelada ABŞ dollarının nağd məzənnəsi bu ilin əvvəlindən 18 dəfə artaraq 55 000 bolivara (VEF) çatıb. 

Təkcə son bir həftədə Venesuelada dollar 20% bahalaşıb.

Dolların bahalaşmasına səbəb onsuz da iqtisadi böhran içərisində olan Venesuelada oktyabr ayında neft hasilatının son 28 ildə ilk dəfə 2 mln. barel/gün səviyyəsindən aşağı düşməsi xəbəri olub. Qeyd edək ki, oktyabrda Venesuelada neft hasilatı sentyabr ayı ilə müqayisədə 130 min barel/gün və ya 6,25% azalaraq 1,95 mln. barel/günə enib. 2015-ci illə müqayisədə isə hasilat 700 min barel və ya 26% azalıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 25-də Venesuelaya qarşı maliyyə sanksiyalarının tətbiqi barəsində sərəncam imzalayıb. Bir neçə gün bundan öncə isə Venesuela Rusiyaya olan 1 mlrd. dollar borcunun qarşılıqlı razılaşma əsasında restrukturizasiyasına nail olub.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Venesuelada inflyasiyanın 653%, 2018-ci il üçün isə 2 350% olacağını proqnozlaşdırır/Report.



Xəbərin oxunma sayı : 157




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap