Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Vergilər naziri və müavinləri rayonlara gedir –Qəbul

Tarix 21.05.19, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Vergilər naziri Mikayıl Cabbarov və müavini Sahib Ələkbərov regionlarda vətəndaşları qəbul edəcək.

AzFakt.com nazirliyə istinadən xəbər verir ki, Mikayıl Cabbarov mayın 25-də Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Göyçay şəhəri, Əli Kərim küç. 112A) Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab,Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinlərini, Sahib Ələkbərov isə mayın 24-də Qusar rayonunda Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Qusar şəhəri, Füzuli küç.) Qusar,Quba, Xaçmaz, Şabran rayonları sakinlərini qəbul edəcək.

Nazirin qəbuluna gəlmək istəyən vətəndaşlar 21-24 may tarixlərində Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinə, Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departamentinə, habelə Kürdəmir, Ağdaş, Bərdə, Tərtər, Şəki rayonları və Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Vergilər nazirinin müavininin qəbuluna gəlmək istəyən vətəndaşlar 21-23 may tarixlərində Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qusar, Xaçmaz və Şabran rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap