Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Vergilərin getdikcə sərtləşən üzü… – Sahibkarların qorxusu əsaslıdırmı?

Tarix 17.06.19, 23:36

Font ölçüsü : - / +
bitmap-img6


Sahibkarlıq sahəsində yoxlamaların 2021-ci ilə qədər dayandırılmasına dair qərarın nəticələri göstərir ki, doğrudan da total inzibatçılıq, nəzarət və təzyiqlərdənsə, liberallaşma daha effektli yoldur. Belə ki, Vergilər Nazirliyinin də dəfələrlə etiraf etdiyi kimi, məhz bu qərardan sonra çoxlarının gözləntilərinin əksinə olaraq, vergi proqnozları demək olar bütün sahələr üzrə artıqlaması ilə yerinə yetirilməkdədir.

Doğrudur, bir çox orta və nisbətən böyük biznesi olan sahibkarların yoxlamalarla bağlı şikayətlərinə də rast gəlmək olur. Ancaq bunun kütləvi hal aldığını demək olmaz.

Sahibkarlar nədən qorxurlar?

Bütün bunlarla yanaşı, son zamanlar nazirlik rəhbərliyinin cərimələr, sanksiyalar, yoxlamalar və s. barədə sərt açıqlamalarına rast gəlinir. Bunun profilaktik xarakter daşıyıb-daşımadığı barədə bir şey demək çətindir. Ancaq son vaxtlar biznes mühitində bu ilin sonundan etibarən sahibkarlıq subyektlərinə qarşı sərt tədbirlərin görüləcəyinə, cərimə və sanksiyaların kəskin şəkildə çoxalacağına dair məlumatlar dolaşmaqdadır.

3evergi1521011270

Sahibkarların çoxu bu məlumatları nazirlikdəki əlaqələrinə, mənbələrinə əsaslanaraq söyləyirlər. Əlbəttə ki, bu tip məlumatların mötəbərliyi barədə konkret nəsə söyləmək çətindir. Lakin cari ilin əvvəlindən başlayaraq, nazirlik rəsmiləri tərəfindən səsləndirilən bəzi bəyanatlar, eləcə də Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ödəyicisi kateqoriyasına aid subyektlərin sayının azaldılması yönündə edilən və kifayət qədər texniki problemlər yaradan, mühasibat uçotu yükünü çətinləşdirən, bəzi hallarda isə hətta vergi yükünü artıran dəyişikliklər və s. getdikcə sahibkarların “nəfəsliklərinin daralmasına” şərait yaradır. Nazir Mikayıl Cabbarovun özünün son çıxışında “Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq” fikri isə biznes mühitində gəzən söz-söhbətlərin heç də təsadüfi olmadığından xəbər verir…

Rəsmi məlumata görə, bu ilin əvvəlindən indiyə qədər əmək müqavilələrinin sayı 95 minədək artıb. Və buna əsas etibarilə sanksiyalar və cərimələr hesabına deyil, adi nəzarət və maarifləndirmə işi hesabına nail olunub ki, buna görə də Vergilər Nazirliyinə minnətdarlıq düşür. Lakin buna paralel olaraq, nazirliyin mətbutda dərc edilən münasibətində hələ də işçilərinin hamısını qeydiyyata qoymayan, yaxud müqavilədə əmək haqqı və digər məlumatları tam əks etdirməyən sahibkarları “üzdəniraq” adlandırması başa düşülən deyil.

“Risk qrupu” kimə sərf edir?

1544617187_ff

Yaxud da bu günlərdə nazirlik rəsmisinin “risk qrupu” barədə dediklərinə nəzər yetirək. Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov problemli vergi ödəyicilərinin siyahısının, yəni risk qrupunun olduğunu bildirib: “Biz onları risk qrupuna ona görə daxil edirik ki, normal veri ödəyiciləri sonradan onlarla iş görüb, o risk qrupuna düşməsinlər”.

İlk baxışdan normal yanaşmadır və obyektivlik gözlənilərsə, belə qrupun yaradılmasını hardasa başa düşmək olar. Ancaq maraqlıdır ki, nazirlik nümayəndəsi riskli vergi ödəyicilərinin sayını və onların hansı meyarlarla müəyyən edildiyini demək istəməyib: “Bu kommersiya sirridir. Yəni riskli vergi ödəyicilərinin hansı alqoritmlə müəyyən edilməsi sirrdir”. N.Şirinov deyib ki, bu alqoritmlər açıqlansa, pozuntuya yol verən ödəyicilər bu siyahya düşməkdən yayına bilərlər…

Ancaq bu məntiqi anlamaq çətindir. Deməli belə çıxır ki, risk qrupuna aid edilən sahibkar bu siyahıya niyə salındığını bilməli deyil, çünki bilsə həmin qrupdan çıxmaq üçün addımlar atar və digər ödəyicilər də bu qrupa düşməkdən yayınar. Belə nəticə hasil olur ki, nazirlik həmin siyahıya düşənlərin çox olmasında maraqlıdır. Sual yaranır – NİYƏ? Olmazmı ki, bu sahibkarlarla vaxtında iş aparılsın və digərləri də həmin qrupa düşməsin? Axı məlumdur ki, onlar bu siyahıya elə-belə salınmayıblar və yaxın gələcəkdə heç kim onların “başını sığallamayacaq”.

Elektron xidmət idealdan çox uzaqdır

87

Nazirliyin gördüyü müsbət işlərlə yanaşı, təəssüf ki, “axsadığı” bəzi sahələr qalmaqdadır. Bunların sırasında elektron xidmətlərin tətbiqi və xidmət mərkəzlərinin effektivliyi xüsusi yer tutur. Belə ki, olduqca tez-tez elektron sistemdə donmalar, xətalar müşahidə olunur. Son günlərdə isə sahibkarlara kütləvi şəkildə bəyannamələrlə bağlı qüsurlu sms-lər göndərilir.

Bir neçə il bundan əvvəl fəaliyyətini dayandıran, müflis olan, yaxud ümumiyyətlə hazırda sahibkarlıqla məşğul olmayan şəxslərin nömrələrinə “təqdim edilməmiş bəyannamələr” barədə məlumat daxil olur. Həmin şəxsin elektron sistemdəki məlumatlarını araşdırdıqda isə məlum olur ki, təqdim etmədiyi bəyannaməsi yoxdur. İndi kim təminat verə bilər ki, sözügedən şəxslərə hətta bəyannamə təqdim etmədiyi adı ilə cərimə hesablanmayacaq?

Belə hallar kifayət qədər çoxdur, kütləvidir. Və belə sms-lərin hamıya eyni gündə göndərilməsi isə böyük ajiotaja səbəb olur. Vətəndaşlar hesabat təqdim olunan dövrdə olduğu kimi, kütləvi şəkildə vergi xidmət mərkəzlərinə üz tutmağa başlayırlar. Onlarınsa sayı, əvvəllər də qeyd etdiyimiz kimi, tələb olunandan çox-çox azdır! Demək olar ki, bu xidmət məntəqələrində həmişə böyük növbələr olur. Ölkə üzrə 1 milyona yaxın ödəyicinin mövcudluğunu, onların da böyük hissəsinin paytaxtda yaşadığını, Bakıda isə cəmi 4 vergi xidməti mərkəzi olduğunu nəzərə alsaq, belə növbələrin yaranması təbiidir…

e-qainle


Daha bir texniki məsələni qeyd etməyə dəyər. Elektron qaimə sisteminə keçiddən sonra hətta su və elektrik enerjisinə ödəmələrə görə də sahibkara elektron qaimə göndərilir. Əgər sahibkar obyekti bağlayıb, fəaliyyətini dayandırdıqdan sonra su və işıq idarələrilə müqaviləsini ləğv etməyi unudursa, vay onun halına. Belə ki, həmin idarələr növbəti aylarda da sahibkarın adına elektron qaimə göndərirsə, verginin elektron sisteminə görə belə çıxır ki, sahibkar hələ də özünün xəbəri olmadan fəaliyyət göstərir(!).

Həmin “yenilikdən” təəssüf ki, insanların çoxu xəbərsizdir. Bu isə obyektini, işini çoxdan bağlayıb, müflis olub getmiş sahibkar üçün yenidən vergi və sosial ödəmələr hesablanması deməkdir. Yəni elektron qaimə sisteminin müsbət tərəflərilə yanaşı belə çatışmazlıqları da var. Hələ bu, bizim qeyd etdiyimiz kiçik bir nümunədir.

Əlbəttə ki, hər bir kəs ölkədəki bütün sahələrdə qanunların işləməsinin və hamıya eyni dərəcədə tətbiq olunmasının tərəfdarıdır. O cümlədən də, heç kim sahibkarlıq subyektlərinə qarşı hədsiz dərəcədə güzəşt olunmasına, onların kütləvi şəkildə vergidən yayınmasına şərait yaradılmasına tərəfdar deyil. Lakin bu işi daha sadə, bütün sahibkarlar üçün anlaşılan, sənədləşmə, hesabat işlərini mürəkkəbləşdirən, vergi yükünü daha da çoxaldan yox, azaldan formada həyata keçirmək doğru olmazmı?

Vergilər naziri Mikayıl Cabbarov təyinatından bir müddət sonra sahibkarlara “gəlin gizlənpaç əvəzinə başqa oyun oynayaq” demişdi. Əslində, nazir kimi əksər sahibkarlar, xüsusilə də mikro və kiçik sahibkarlıq subyektləri qətiyyən gizlənpaç-filan oynamaqdan zövq almırlar.Və bu gün hələ də gəliri az, vergilər və sosial ödəmələr isə gəlirlə müqayisədə çox olduğundan vergidən yayınmağa məcbur qalan sahibsiz sahibkarlara “üzdəniraq” deməkdən, yaxud hədələməkdənsə, bunun səbəblərini araşdırıb, onları aradan qaldırmaqla, doğrudan da “başqa oyun oynamaq” olar…

azpolitika.info




Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap