Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Vətəndaşların pulunu mənimsəyən Vəsahid Məlikov həbs olundu

Tarix 14.10.17, 21:21

Font ölçüsü : - / +
bitmap-img6


Teref.info xəbər veriur ki, Bakıda onlarla şəxsin etibarından sui-istifadə edərək vətəndaşların külli miqdarda vəsaitini mənimsəmiş Vəsahid Məlikov həbs olunub.

Bildirilir ki, Vəsahid Məlikov Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 və 308.1 maddələri ilə istintaqa cəlb olunub. Məcəllənin hər iki maddəsi üzrə təqsirləndirilən Vəsahid Vəlican oğlu Məlikov barəsində oktyabrın 13-də Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bakıətrafı kəndlərdə aldatma yolu ilə ayrı-ayrı vətəndaşlara torpaq sahələri satmaqda günahlandırılan Vəsahid Məlikov bu əməlləri ilə bağlı istintaq davam edir. Xatırladaq ki, Bakı və Abşeron kəndlərində “torpaq dəllalı” kimi ad çıxarmış Vəsahid Məlikovun aldatma yolu ilə pullarını mənimsədiyi şəxslər bir müddət əvvəl hüquq-mühafizə orqanlarına ərizə ilə şikayət etmişdi. Həmin şikayət məktublarında Vəsahid Məlikovun Bakıətrafı ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqları uzunmüddətli icarəyə vermək adı ilə vətəndaşlara satmasından, külli miqdarda vəsaitin mənimsənilməsindən bəhs edilirdi. Onun bu qanunsuz hərəkətlərindən zərər çəkmiş vətəndaşlar Baş Prokuror Zakir Qaralava da yazılı müraciət edərək Vəsahid Məlikovun məsuliyyətə cəlb olunmasını xahiş etmişdilər. Vəsahid Məlikov aldatma yolu ilə onlarla vətəndaşın ümumilikdə 300 min manata yaxın pulunu mənimsədiyi bildirilir.
Teref.info



Xəbərin oxunma sayı : 175




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap