Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Videosu yayılan polis işdən çıxarıldı - Nazirlikdən açıqlama

Tarix 09.01.19, 22:46

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının oğurluq etməsini əks etdirən videogörüntülərə münasibət bildirib.

AzFakt.com xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov report-un sorğusuna cavab olaraq bildirib ki, videonun harada və nə vaxt çəkildiyi bilinməsə də, Nazirliyin aidiyyəti qurumları bu iddia ilə bağlı dərhal obyektiv araşdırmalar aparıb: "Qısa zamanda müəyyən edilib ki, görüntüdə olan şəxs, həqiqətən də, polis əməkdaşıdır və paytaxtdakı mühafizə idarələrindən birində polis nəfəri kimi xidmət edib. Onun cibinə qoyduğu əşya isə qızıl bilərzik deyil, metro stansiyalarının önündə satılan adi bijuteriyadır. Dərhal həmin gənc əməkdaş aidiyyəti idarəyə dəvət olunub və sorğu zamanı törətdiyi xoşagəlməz və polisin adına yaraşmayan hərəkəti 2018-ci ilin oktyabr ayında törətdiyini etiraf edib".

E.Zahidov qeyd edib ki, DİN rəhbərliyinin göstərişi ilə daxili işlər orqanlarının nüfuzuna xələl gətirən, polisin adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə həmin şəxs daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, ötən gün bəzi xəbər saytlarında və sosial şəbəkələrdə polis əməkdaşı olduğu iddia edilən şəxsin satışda olan sarı metal əşyanı götürüb cibinə qoyduğunu əks etdirən videogörüntü paylaşılıb. Müəllifin qənaətinə görə əşya qızıl bilərzikdir.


 



Xəbərin oxunma sayı : 178




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap