Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Xüsusi təyinatlılarımız Türkiyədə - Təlim təlim dalınca... + FOTO

Tarix 03.07.21, 20:44

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan və Türkiyə silahlı qüvvələri son günlər bir-birinin ardınca birgə təlimlər keçirməkdədir. Virtualaz.org xəbər verir ki, bu gün Bakıda Türkiyə və Azərbaycan qoşun bölmələrinin qatıldığı “Mustafa Kamal Atatürk-2021” təlimləri yekunlaşıb. Bir gün əvvəl isə Türkiyədə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 döyüş təyyarəsi ilə ilk dəfə iştirak etdiyi “Anadolu Qartalı-2021” təlimləri başa çatıb. Təlimlərdə Azərbaycan HHQ-nin Su-25 cəbhə bombardmançıları Türkiyə HHQ-nin F-16 döyüş təyyarələrinin lazerlə işarələyib koordinatlarını ötürdüyü hədəfləri dəqiq zərbələrlə vurub.



Bu gün isə Türkiyədə Azərbaycan da daxil olmaqla 7 ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirak etdiyi birgə çoxmillətli təlimlərin başladığı elan edilib. Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, “Anadolu-21” Birləşmiş Xüsusi Təyinatlılar Təlimləri Türkiyə, Albaniya, Azərbaycan, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistandan olan xüsusi təyinatlıların iştirakı ilə davam edir. Təlimlərə Kosovo və Monqolustan müşahidəçi qismində qatılıb.

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ev sahibliyi ilə Ankara ətrafındakı poliqonda keçirilən təlimlərdə iştirakçı ölkələrin xüsusi təyinatlı qüvvələri arasında koordinasiyanı, əməkdaşlığı, qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək, birgə əməliyyatlar həyata keçirmək qabiliyyətlərini sınaqdan keçirmək nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 568




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap