Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Xalqın vahid yumruq kimi birləşməsi tarixi Zəfər gününü reallaşdırdı

Tarix 26.06.22, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində zəfər çalan Azərbaycan ordusu sadəcə ölkəmizdə deyil, bütün regionda yeni bir dönəmin əsasını qoydu.

44 gün ərzində erməni işğalçılarını darmadağın edən Azərbaycan ordusunun şanlı qalibiyyəti nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin edildi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız öz azadlığına qovuşdu.  Vətən müharibəsi Azərbaycan dövlətinin, Azərbaycan xalqının mübarizə əzmini, hərbi, iqtisadi, siyasi qüdrətini bütün aydınlığı ilə ortaya qoydu ki, bu əzm illər, əsrlər sonra da dünyanı heyrətləndirəcək, ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar böyük tədqiqat və araşdırmaların əsas mövzusunu təşkil edəcəkdir.

Bu müharibə hər şeydən daha çox Azərbaycan əsgərinin, Azərbaycan xalqının vətən, bayraq, torpaq sevgisi ilə yadda qaldı. Öz vətən sevgisi, vətən eşqi ilə düşmənə meydan oxuyan Azərbaycan xalqı, 44 gündə Azərbaycan ordusu ilə tam bir həmrəylik nümayiş etdirdi, döyüşən ordunun mənəvi-ruhi
güc mənbəyinə çevrildi. Məhz bu Vətən sevgisi nəticəsində düşmən ordumuzla qarşılaşmada öz sialh- sursatını ataraq qaçmağa, təslim olmağa, aman diləməyə məcbur oldu.  

Bugünkü reallıq sübut etdi ki, Azərbaycanın öz topraqlarını işğaldan azad etmək üçün heç bir dövlətin və yaxudda beynəlxalq qurumun köməyinə ehtiyacı yoxdur, çünki bizim kifayət qədər güclü ordu muz var və istənilən an bu torpaqların müdafiəsinə qalxacaq xalqımız, cəsur övladlarımız var. Azərbayc
an dövləti başda cənab prezident İlham Əliyev olmaqla daima problemin həllində humanist mövqe nüma yiş etdirdi, 30 il səbrlə Ermənistanın dinc yolla torpaqları qaytaracağını gözlədi. Ancaq sözdə sülh tərəfdarı olan beynəxalq təşkilatlar və Ermənistanı himayə edən dövlətlər 30 illik sülh danışıqları prosesində h ər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhd göstərirdilər. Həmçinin təcavüzkar Ermənist an höküməti də bu müddəti fürsətə çevirərək öz riyakar fəaliyyətini davam etdirirdilər. Nəticə isə açıq-
aşkar ortadadır. 

Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış əfsanəni cəmi 44 gün ərzində məhv etdi. Bu möhtəşəm qələbə bütün beynəlxalq qurumları və xarici qüvvələri Azərbaycan xalqının iradəsi ilə 
hesablaşmağa məcbur etdi. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və sübut olundu ki, Qarabağla bağlı heç bir qurum və ya heç bir dövlət Azərbaycanın razılığı olmadan qərar qəbul edə bilməz!Beləliklə Ali Baş Komandanımızın, xalqımızın, şəhidlərimizin və qazilərimizin fədakarlığı
nəticəsində əldə edilən bu qələbə əsrlər sonra da xalqımızın mübarizə və qalibiyyət əzmi kimi hər zaman qürurla yad ediləcək və iftixarla xatırlanacaq!

Faiq Hüseynov



Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap