Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Xərçəng xəstəliyinə qarşı nanorobotlar yaradılıb

Tarix 07.03.18, 15:59

Font ölçüsü : - / +
bitmap-img6


Çin alimləri dünyada ilkə imza atıb

Çin alimləri dünyada ilk dəfə olaraq, bədxassəli şişlərin qarşısını müvəffəqiyyətlə alan avtonom DNT-nanorobotları yaratmaq və testdən keçirmək imkanına nail olublar. Robot o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Sinxua agentliyi bildirir ki, o, iynənin ucundan 5000 dəfə kiçikdir.

Azərtac “Mir 24” telekanalına istinadla xəbər verir ki, DNT əsaslı qurğu boruşəkilli struktura malikdir, uzunluğu cəmi 90 nanometrə yaxın, diametri isə 19 nanometrdir. Nanorobotların quruluşu müxtəlif mürəkkəb tədqiqatların aparılmasına kömək edir. Onlar əsasən şişin müstəqil tapılmasına imkan yaradacaq, sonra bədxassəli yenitörəmənin qanla təmin olunmasının qarşısını alacaq. Bir neçə həftə, hətta bir neçə gündən sonra şiş məhv olacaq.

Agentliyin məlumatına görə, nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Onlar gəmiricilərə yeridilib, nəticədə bir neçə gün ərzində şişin tam geri çəkilməsi baş verib.



Xəbərin oxunma sayı : 262




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap