“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xəstəliklərin şiddəti artır: Əsas səbəb üzə çıxdı

Tarix 09.08.22, 19:09

Font ölçüsü : - / +
bitmap-img6


Alimlər iqlim dəyişikliyinin yaratdığı sel, isti hava dalğaları və quraqlıq kimi 10 fərqli təbii fəlakətin məlum 375 yoluxucu xəstəliyə təsirini araşdırıblar.

Araşdırmanın nəticələri “Nature Climate Change” jurnalında dərc olunub.

Məlum olub ki, 375 yoluxucu xəstəlikdən 218-i iqlim dəyişikliyi ilə əlaqədar baş verən təbii hadisələr nəticəsində təsirini artırıb.

Qeyd olunur ki, bəzi təbii fəlakətlər zamanı yarasa, siçan, ağcaqanad və ya maral kimi xəstəlik daşıyıcıları olan heyvanlar vasitəsilə infeksiyalar insanlara ötürülür.

Bundan əlavə, araşdırmada iqlim dəyişikliyinə görə temperaturun artmasının dəniz məhsullarının strukturunu pozduğu, insan sağlamlığını təhlükəyə atdığı və yoluxucu xəstəliklərin şiddətini artırdığı iddia edilib.

Viskonsin Universitetinin Qlobal Sağlamlıq İnstitutunun tədqiqat qrupundan doktor Conatan Patz qeyd edib ki, iqlim dəyişikliyi zamanı xəstəliklərin riskləri də dəyişəcək.

İqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərin insanlarda malyariya, hantavirus, vəba və qarayara kimi yoluxucu xəstəliklərin şiddətini artırdığı müəyyən edilib.



Xəbərin oxunma sayı : 487




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap