Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Xəstəxana koranavirusdan ölən xəstə ilə bağlı açıqlama yaydı

Tarix 30.06.20, 12:28

Font ölçüsü : - / +
bitmap-img6


Sabirabad Rayon Mərkəzi Xəstəxanası koronavirusdan ölən xəstə ilə bağlı açıqlama yayıb...

Xəstəxana koranavirusdan ölən xəstə ilə bağlı açıqlama yaydı

Sabirabad Rayon Mərkəzi Xəstəxanası koronavirusdan ölən xəstə ilə bağlı açıqlama yayıb...

Bir sira informasiya vasitələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasında kornovirusdan vəfat etmiş Təranə Abdullayevanın səs yazısı yayılıb. Mərhum qızı ilə danışanda xəstəxanada ona yaxşı xidmət göstərilməməsindən şikayətlənib.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasıından verilən açıqlamada bildirilir ki, yayılan səs yazısı qeyri-obyektiv xarakterlidir:

"Bakı şəhəri, Bakıxanov qəsəbəsi L.Məmmədbəyov küçəsi 17 saylı ünvanda yaşayan 1957-ci il təvəllüdlü Abdullayeva Təranə Dilən qızı Bakı şəhərindən sanaftonəqliyyat vasitəsi ilə Sabirabad RMX-na COVID-19 virusuna yoluxma diaqnozu ilə 15 iyun 2020-ci il tarixdə saat 17.37-i radələrində gətirilib. Xəstə, həkim Araz Usubov tərəfindən qəbul edilib və xəstəxananın müvafiq şöbəsinə yerləşdirilib. Səhhətində gərgin vəziyyət yarandığı üçün müxtəlif ixtisaslardan ibarət həkimlər tərəfindən xəstə konsullum olunub. Lakin T.Abdullayevanın səhhətində gərgin vəziyyət yarandığı üçün 16 iyun 2020-ci il tarixdə saat 11.57 radələrində reonimasiya şöbəsində yerləşdirilib. Şöbədə aparılan intensiv reonimasion tədbirlərə baxmayaraq saat 18.00 radələrində xəstədə bioloji ölüm baş verib, yəni bir gün xəstəxanada qalıb".

Mərhum T.Abdullayevanın xəstəxanaya gətirilən gün qızı ilə telefon əlaqəsi ilə bağlı xəstəxanadan bildiriblər ki, bu səs yazısı heç də xəstəxanadakı vəziyyəti obyektiv ifadə etmir və öz sağlamlığlarını fəda edən tibb işçilərinə qarşı haqsızlıqdır:
"Mərhum T.Abdullayeva xəstəxanaya gətirilən gün qızı ilə yaradaraq şöbədə çalışan, öz sağlamlığlarını fəda edən tibb işçiləri barəsində həqiqəti əks etdirməyən fikirlər söyləyib. Mərhum anasının sözlərindən qeyzlənən qızı bir sıra internet portallarına anasının səs yazısını göndərib. Məlumat üçün bildiririk ki, mərhum T.Abdullayeva xəstəxanada stasionar şəraitdə müalicə aldığı müddətdə həkim və orta tibb işçiləri şəxsən ona hərtərəfli qayğı göstərərək onunla mehriban ünsiyyət yaradıblar. Bunu T.Abdullayeva xəstəxanaya qəbul edildiyi andan şöbələrdə qurulmuş kameralar vasitəsi ilə də müşahidə etmək olar", deyə xəstəxanadan bildiriblər.



Xəbərin oxunma sayı : 1078




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap