Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Xəzərdə quşların kütləvi ölümü olub? – Rəsmi açıqlama

Tarix 28.01.20, 15:51

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin İran sektorunda köçəri quşların, o cümlədən 2000-dən çox flaminqo quşunun kütləvi ölümü ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə “Report”a açıqlamasında qeyd edib ki, bu məlumat rəsmi kanallarla quruma daxil olmayıb.

Nazirlik rəsmisi əlavə edib ki, mətbuatdan xəbər tutduqdan sonra dərhal Xəzər dənizinə sərhəd olan təbiət ərazilərinə tapşırıq verilib:

“Baxış nəticəsində ilkin olaraq belə hal qeydə alınmadı. Hazırda monitorinq qrupları yaradılıb, bütün ərazilər ciddi təftiş olunur. Əgər belə hal olsa, quş cəsədləri götürülərək Baytarlıq laboratoriyasına veriləcək, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində təhlil olunacaq və hadisənin hansı səbəbdən baş verməsi müəyyən ediləcək. Ancaq hazırda belə fakt qeydə alınmayıb. Təbii ki, belə hal istisna deyil. Çünki qış aylarında müxtəlif səbəblərdən quş və heyvanların ölümü baş verə bilər”.

Xatırladaq ki, İran rəsmiləri köçəri quşların kütləvi ölümünün səbəbini tam bilməsə də, qanunsuz balıq ovu ilə məşğul olanların suyu zəhərlədiyi ehtimalını iddia edir. İran rəsmiləri flaminqoların ölüm sayının 5 minə çata biləcəyini güman edirlər.




Xəbərin oxunma sayı : 694




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap