“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Xocavəndin kəndlərinə Azərbaycan bayrağını sancan şəhidimiz - FOTOLAR

Tarix 13.01.21, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 27-də başlayan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də şəhid hərbçi İşiyev Rafail Əhmədağa oğludur. 

“Report” xəbər verir ki, Rafail İşiyev 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tankçı kimi xidmətdə olub, xidmət etdiyi müddətdə bir sıra fəxri fərmanlarla mükafatlandırılıb.

Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Eyni zamanda Xocavənd yüksəkliyində yerləşən kəndlərə Azərbaycan bayrağını sancıb.

Noyabrın 3-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Rafail İşiyev doğulduğu kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin xalası oğlu Elnur Atakişiyev deyir ki, döyüşlər zamanı Şəhid Rafail İşiyev çox sayda düşmənin hərbi texnikalarını məhv edib: “Onun əsgər yoldaşları da bu haqda danışır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”.

Şəhidin həyat yoldaşı Sevda İşiyeva da mərhum barədə öz xatirələrini bölüşüb: “Evdə uşaqlara Vətən sevgisini aşılayırdı. Deyirdi ki, vətənpərvərliyi uşaqlara kiçik yaşlarından öyrətmək lazımdır”.

Şəhidimizin 10 yaşında və 7 yaşında iki oğul övladı yadigar qalıb.

Qeyd edək ki, Rafail İşiyev göstərdiyi igidliklərə görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.







Xəbərin oxunma sayı : 571




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap