Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - Fotolar

Tarix 17.05.19, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, Azərbaycanın ilk hərbi naziri, ikinci kabinetdə əkinçilik və əmlak naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 140 illiyi münasibəti ilə tədbir keçirilib.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Laçın rayonunun tanınmış ağsaqqalı Qəzənfər Hüseynov açmışdır. 

AzFakt.com xəbər verir ki, martın 16-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında Xosrov bəy Sultanovun yubileyi ilə bağlı keçirilmiş tədbirdə çıxış edən Cümhuriyyət tarixinin araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu Xosrov bəyin ibrətamiz həyat və fəaliyyəti, Azərbaycanın azadlıq və müstəqillik əldə etməsi, ərazi bütövlüyümüzün, o cümlədən Zəngəzur və Qarabağ torpaqlarının erməni işğalından müdafiəsi, eləcə də xaricdə mühacir həyatı yaşadığı dövrlərdə Vətənimiz üçün gördüyü işlər haqda çoxlarının bilmədiyi faktlardan danışıb. 

Nəsiman Yaqublu çıxışının sonunda Xosrov bəy Sultanovun yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Prezident İlham Əlyevə müraciət ünvanlanmasını təklif edib. Alim qeyd edib ki, Xosrov bəyin 100 il öncə -1919-cu ildə Qarabağın general qubernatoru olması faktı beynəlxalq səviyyədə xüsusilə vurğulanmalıdır.
 
Yubileydə Milli Məclisin deputatı Fazil Mustafa, Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov, tarixçi alimlər Şikar Qasımov, Ələmdar Şahverdiyev, tədqiqatçı Nazir Əhmədli, Xosrov bəyin qardaşı nəvəsi Laçın Paşayev, gənc araşdırmaçı, Dr. Orxan Cəbrayıl və digərləri çıxış edib. 

Sonda tədbir təşkilatçılarından Qəzənfər Hüseynov çıxış edərək təşkilat komitəsinin yaradılması və Xosrov bəy Sultanovun 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət hazırlanmasını təklif etmişdir.

Tədbirə jurnalist İlham Tumas aparıcılıq edib.  
 
Xatırladaq ki, tədbir Karabakhmedia.az saytının təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.


Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR


















Xəbərin oxunma sayı : 244




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap