Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 12 Mart 2023

    Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO

  • / Maqazin / — 04 Mart 2023

    Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO

  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

XXI əsrin ən dağıdıcı zəlzələləri – “Nyu-York Tayms” qəzetinin məqaləsi

Tarix 08.02.23, 16:49

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın “Nyu-York Tayms” qəzeti XXI əsrin ən dağıdıcı zəlzələləri haqda yazı dərc edib. Novator.az-ın məlumatına görə, yazıda deyilir ki, 2023-cü il fevralın 6-sı Türkiyə və Suriyada baş verən zəlzələlər əsrin ən dağıdıcı yeraltı təkanları sırasına daxildir.

6 fevral zəlzələsində neçə adamın həlak olduğu hələ dəqiq bilinmir. Ona görə bu zəlzələnin 2000-ci ildən bəri baş vermiş zəlzələlər sırasında ölüm sayına görə neçənci yerdə durduğunu indidən demək mümkün deyil.

Fevralın 8-i günorta saatlarına olan açıqlamalarda Türkiyədə ölənlərin sayı 8500-dən, Suriyada isə 2600-dən çox göstərilir. Lakin bu, son rəqəmlər deyil, ölənlərin sayı durmadan artır.

“Nyu-York Tayms” yazır ki, 2010-cu ildə Haitinin paytaxtı Port-o-Prensdə baş vermiş 7 ballıq zəlzələ 316 minə yaxın insanın ölümü, 1 milyondan çox insanın evsiz-eşiksiz qalması ilə nəticələnib. Bu, regionda son 200 ilin ən dağıdıcı zəlzələsi kimi qeydə alınıb.

2004-cü ildə İndoneziyanın Sumatra adasında 9 bal gücündə zəlzələ olub. Nəticədə sürəti saatda 800 kilometrə çatan nəhəng sunamilər də baş qaldırıb. Episentri Sumatraya düşən, həmin dövrdə dünyada son 40 ilin ən dağıdıcı zəlzələsi kimi qeydə alınan təbii fəlakət region ölkələrinin yarısında 220 mindən çox insanın ölümünə gətirib.

2005-ci ildə Pakistanın nəzarətində olan Kəşmir bölgəsində 7,6 bal gücündə zəlzələ 85 mindən çox insanın həyatına son qoyub. Zəlzələ Pakistanın qonşusu Hindistan və Əfqanıstanda da insan itkiləri ilə nəticələnib.

2008-ci ildə Çinin Siçuan əyalətinin dağlıq bölgəsində 7,9 ballıq zəlzələ həm də torpaq sürüşmələrinə gətirib, 70 minə yaxın insan həlak olub. Zəlzələnin episentrində infrastrukturun 80 faizi dağılıb. Yeraltı təkanlar Çinin paytaxtı Pekində və Vyetnamda da hiss olunub.

2003-cü ildə İranın Bəm şəhərində 6,7 bal gücündə zəlzələ 30 mindən çox insanın həlak olması ilə nəticələnib. Şəhərdə evlərin 90 faizi dağılıb.

Mənbə: Nytimes.co



Xəbərin oxunma sayı : 472

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap