Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Yaşar Gülərin yerinə təyin olunan Musa Avsever kimdir? - DOSYE

Tarix 06.06.23, 12:15

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Quru Qoşunlarının komandanı general Musa Avsever müvəqqəti olaraq Baş Qərargah rəisi təyin edilib.

AzFakt.com xəbər verir ki, Musa Avsever yeni təyinat olana qədər həm Quru Qoşunları Komandanı, həm də Baş Qərargah rəisi vəzifələrində çalışacaq.

Xəbər verdiymiz kimi, prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni Nazirlər Kabinetində Yaşar Gülər ​​Milli Müdafiə naziri təyin edilib. Yaşar Gülərdən sonra yeni Baş Qərargah rəisinin kim olacağı maraq doğursa da, Quru Qoşunları komandanı general Musa Avsever müvəqqəti olaraq Baş Qərargah rəisi təyin edilib.

avsever.jpg (49 KB)

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Türkiyənin hazırkı milli müdafiə naziri təyin edilmiş Yaşar Gülər ​​tutub.

Rəyasət Heyətinin Kommunikasiya Müdirliyindən də sözügedən təyinatla bağlı bu açıqlamalar verilib: “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın Baş Qərargah rəisi Yaşar Güləri Milli Müdafiə Naziri təyin etdiyinə görə, Quru Qoşunları komandanı general Musa Avsever öz vəzifəsində qalacaq. Yerinə yeni biri təyin olunana qədər hazırkı vəzifəsini icra edəcək".

musa-avsever-2056964.jpg (81 KB)

Musa Avsever kimdir?

Musa Avsevər 1957-ci il noyabrın 7-də Konyanın Zənəpə rayonunun Nerek kəndində anadan olub.

Avsever 1974-cü ildə Kuleli Hərbi Liseyini, 1978-ci ildə Hərbi Akademiyanı bitirib. 2003-cü ilə qədər Türkiyə Quru Qoşunlarının müxtəlif bölmələrində qərargah və əsas vəzifələrdə çalışıb. 2003-cü ildə briqada generalı, 2016-cı ildə isə general mayor rütbəsinə yüksəlib, 2016-2021-ci illərdə 1-ci Orduya komandanlıq etdikdən sonra 2021-ci ildə Türkiyə Quru Qoşunları komandanı olub. Prezident Rəcəb Tayyib Ərdoğanın 5 iyun 2023-cü il tarixində Baş Qərargah rəisi Yaşar Güləri Milli Müdafiə Naziri təyin etməsi ilə əlaqədar olaraq, Quru Qoşunlarının komandanı general Musa Avsevər hazırkı vəzifəsi ilə yanaşı Baş Qərargah rəisi vəzifəsini də icra edəcək.

351963645_1197238491674453_58993.jpg (88 KB)

15 iyul dövlət çevrilişi cəhdi zamanı Çanaqqalanın Gelibolu rayonunda 2-ci Korpusun komandiri olan Musa Avsever 16 iyul saat 02:00 radələrində bir televiziya kanalına qoşularaq çevriliş cəhdinin əleyhinə çıxacağını, bunu edənlərin qarşısında olduğunu bildirib. Musa Avsever onun komandanlığı altında olan qoşunlarla İstanbulda çevriliş edənlərə qarşı hərəkətə keçməyə hazır olduğunu bildirmişdi.

Musa Avsever Mesude Avsever ilə evlidir və 2 övladı var.



Xəbərin oxunma sayı : 841




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap