Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yanvarda ərzaq məhsulları nə qədər bahalaşıb? - STATİSTİKA

Tarix 13.02.17, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11,9% artıb.

AzFakt.com Dövlət Statistika komitəsinə istinadən bildirir ki, ərzaq məhsullarının qiymətlərində 14,5%, qeyri-ərzaq məhsullarının qiymətlərində 12,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 8% artım qeydə alınıb.

Cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9% artıb.

Ay ərzində düyü, un, qarabaşaq yarması, makaron məmulatları, mal, qoyun və toyuq ətinin, kolbasa, balıq, süd məhsullarının, pendir və yumurtanın, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, alma, armud, heyva, nar, portağal, naringi, banan, kələm, göyərti, pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü, çuğundurun qiymətlərində bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2017-ci ilin yanvar ayında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Xəbərin oxunma sayı : 556




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap