Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yasamaldakı növbəti sosial evlər satışa çıxarılır –MİDA

Tarix 19.10.18, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın vaxtlarda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində növbəti binalardakı mənzillərin satışına başlanacaq.

Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib.

D.Dadaşova qeyd edib ki, konkret tarix bəlli olmasa da, yaxın müddətdə növbəti binalardakı mənzillərin satışı ilə bağlı elan veriləcək. MİDA rəmisi həmçinin deyib ki, Yasamal Yaşayış Kompleksində tikilən binların hamısı hazırdır və tam təmirlidir.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində ümumilikdə 29 bina var. MİDA tərəfindən ilk dəfə 2018-ci ilin may ayında Yasamal Yaşayış Kompleksində sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırıldı və nəticələr ləğv edilib. Növbəti dəfə sentyabr ayının 5-də Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzil satılıb.

Nəticədə şəhid ailəsinin üzvü olan 4 nəfər, məcburi köçkün və onlara bərabər tutulan 47 nəfər, ən azı 3 il dövlət qulluğunda olanlardan 39 nəfər mənzil sahibi olub. Həmçinin, ən azı 5 il ümumtəhsil məktəblərində müəllim işləyənlərdən 28 nəfər, fəlsəfə doktoru olanlardan 3 nəfər, idman sahəsində xüsusi xidmətləri olan 5 nəfər, elmlər doktoru elmi dərəcəsi olan 7 nəfər, ən azı 15 il dövlət qulluğunda çalışan 35 nəfər, ən azı 3 il hərbi qulluqda olan 104  nəfər, ən azı 3 il daxili işlər orqanlarında xidmət edən 48 nəfər, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərdən 4 nəfər “sosial ev” sahibi olub.



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap