|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yazıçılar Birliyindən məşhur şairə həqarət dolu REPLİKA
Tarix 18.09.17, 14:34 |
|
Son günlər mətbuatda Azərbaycan Yazıçılar Birliyi ilə bağlı tənqidi fikirlər səsləndirilir. Birlik də həmin fikirləri cavabsız qoymayaraq “Ədəbiyyat qəzeti”ndə onlara replika ilə cavab verib. Kulis.az AYB-nin replikasını təqdim edir.
Ədəbiyyata heç bir dəxli olmayan adamlar ara-sıra gündəmdə qalmaq xətrinə klassik və müasir yazıçılara çirkab atmaq təşəbbüsləri edirlər. Cavanlığında şairlik iddiasına düşüb, bir şey alınmayanda uğursuzluğunun heyfini bütün yazıçılardan çıxan, hər yazıda Yazıçılar Birliyinin ünvanına bir ağız hırıldayan yaltaq danosbazlar da öz yerində. Böyük Sabir demişkən, “hərə bir növ ilə öz gündüzünü şam eləyir”. Bunlar da qurdlarını belə öldürüb, muzdlarını bu yolla alırlar.
Amma illər boyu Yazıçılar Təşkilatının üzvü olmuş, bu təşkilatdan ancaq xeyir görmüş istedadlı adamların da manqurtcasına öz doğma ocaqlarına xəyanəti bizi təəssüfləndirir.
Həqiqətən istedadlı şair Məmməd İsmayıl həm sovet dövründə hökumətdən yüksək mükafatlar almış, dövr dəyişəndə də məsul vəzifələrdə çalışmışdır. Qısa bir müddət Radio və Televiziya Komitəsinə rəhbərlik etdiyi vaxt yazıçı həmkarlarına qarşı yekəxana hərəkətləriylə çoxlarını narazı salmışdı. Son illər Türkiyədə yaşayır. Onu da qeyd edək ki, Yazıçılar Birliyindən hər zaman xoş münasibət görüb, bu Təşkilatın imtiyazlarından bəhrələnmişdir, bir-bir sadalamaq istəmirik. Skleroz olmayanların gərək özlərinin yadından çıxmamış ola. Son illər Bakıda üzünə açıq olan yeganə qapı Yazıçılar Birliyinin qapısı idi. Yubileyini də biz keçirdik, haqqında yazılar yazdıq. Xaricdə yaşayan başqa yazıçılarımızdan fərqli olaraq onu qurultayımıza dəvət etdik, yol biletini aldıq. Bütün bunların müqabilində Qurultay kürsüsündən Yazıçılar Birliyi haqqında “xala-bacı qeybətləri”ni səsləndirdiyi üçün hamı tərəfindən ikrahla qarşılandı. Buna baxmayaraq, yenə də Məmməd İsmayılın Azərbaycanda yazılarını gen-bol çap etdirdiyi mətbuat orqanı “Ədəbiyyat qəzeti”dir. Həm də bu qəzetdə tez-tez onu tıx deyincə tərifləyən yazılar dərc olunur. Çünki bu bizim demokratiya anlayışımızdır. Şəxsi-qərəzlik, nankorluğuna görə kimdənsə qisas almaq əxlaq prinsiplərimizə ziddir. Bunu Məmməd İsmayıl da yaxşı bilir və yaxşı bildiyi üçün belə hərəkət edir, əlinə girəvə düşən kimi 47 il üzv olduğu və bəhrələndiyi təşkilata arxadan bıçaq saplayır.
Son günlərin məlum qalmaqalı başlayan kimi fürsəti fövtə verməyib, xal qazanmağa çalışan Məmməd İsmayıl 27 il bundan qabaqkı hadisələrdən söz açaraq yalanı yalan üstə qalayır. Azərbaycanda adı yaxşı bəlli olan Altan Karamanoğlunun Yazıçılar Birliyindən iki otaq istəməsi və Anarın buna izn verməməsindən yazır. Əvvəla, Altan Karamanoğlu iki otaq deyil, Yazıçılar Birliyinə mənsub olan bütöv bir mərtəbəni istəyirdi və bu mərtəbə heç də hazırkı kafe olan məkan yox, indiki Bəstəkarlar İttifaqının birinci mərtəbəsi idi. İkincisi, doğrudur ki, Altan Karamanoğlu Anarın da iştirak etdiyi bir məclisdə bu məsələni qaldırıbmış və orda iştirak edənlərin hamısı (Məmməd İsmayıl iştirak edibsə, elə o da) bunun qeyri-mümkün olduğunu deyiblər, çünki bina onların şəxsi evi deyil, Təşkilatın əmlakıdır. Məmməd İsmayılın düşündüyü kimi, “onda Türkiyə də Azərbaycanı müdafiə etməz” fikri – baqqal psixologiyasıdır, məsuliyyət və qardaşlıq hissi olan heç bir türk bu fikri ağlına gətirməz.
Məmməd İsmayıl deyir ki, Anar Yazıçılar Birliyinə rəhbərlik etdiyinin 30 illiyi barədə yazısında bu iki otaq məsələsinə “deyinməmişdi”. Hörmətli şair unudub ki, Azərbaycan türkcəsində Türkiyə türkcəsindən fərqli olaraq, “deyinmək” sözü ayrı məna daşıyır. Qoy Məmməd İsmayıl Azərbaycan türkcəsində deyildiyi kimi, istədiyi qədər “deyinsin”. Anar “30 il” yazısında həqiqətən bu məsələyə Azərbaycan türkcəsində deyildiyi kimi, toxunmamışdı. Məmməd İsmayıl bu məsələyə aydınlıq gətirmək istəyirsə, buyursun. Yaddaşında problemlər varsa, xatırladaq ki, bu məsələ məhz Yazıçılar Birliyinin plenumunda həll olundu. Məmməd İsmayıl o vaxt Birliyin katiblərindən biri idi və Plenumda bu ərazinin verilməməsi haqqında qərar yekdilliklə qəbul olunanda təbii ki, o da lehinə səs vermişdi. Və bunun təsdiqi Məmmədin özünü qabaqcadan sığorta etməkçün dediyi “süni arxiv sənədlərində” deyil, yaddaşları və vicdanları korşalmamış Plenum iştirakçılarından xoşbəxtlikdən sağ qalanlarının şahidliyindədir.
Başqa bir istedadlı şairimiz Musa Yaqub verdiyi açıqlamada qeyd edir ki, “belə yerdə əxzlaqsızlıq yuvası təşkil etmək düzgün deyil”. Məlum deyil ki, doğma kəndi Buynuzda otura-otura (bir neçə ay əvvəl orda yubileyini də qeyd etdik) burada əxlaqsızlıq yuvası olduğunu Musa necə təyin edib.
Biz qəsdən “istedadlı” sözünü təkrar edirik. Bəzilərindən fərqli olaraq, biz hər çalınan havaya oynamırıq, ilk fürsətdəcə kiminsə dalından qaçmağa cəhd etmirik, ədəbi insafımız var. İnsaf dinin yarısıdır – deyiblər. Nə insafları, nə dinləri olanlar isə heç Allahdan da qorxmurlar.
Azərbaycan Yazıçılar Birliyinin katibliyi
12 sentyabr 2017-ci il
Katibliyin son atmacalarla bağlı ikinci replikası
Elə saytlar var ki, sahiblərinin, ya hansısa naməlum qüvvələrin sifarişiylə daima Yazıçılar Birliyinə qarşı təxribat aparırlar. Bu təşkilatın ətrafında qərəzli surətdə yaradılmış ajiotaj zamanı bəzi saytlar və bəzi qəzetlər yalnız Birlikdən nəyisə ala bilmədiyinə görə narazı qalan, naqis hərəkətlərinə, başqasının ləyaqətini alçaltmağa cəhd etdiyinə görə Nizamnaməmizə uyğun olaraq, Birlikdən çıxarılan, yaxud da yazıçı olmaya-olmaya özünü yazıçı kimi qələmə verənlərin “fikirlərini” soruşurlar. Onlar da açırlar gül ağızlarını. İllər boyu yazılarıyla diqqət çəkməyən, fəxri ad tamarzısı olan adam, hikkəsindən boğularaq içinin bütün zəhərini, irinini, çirkabını hələ də üzvü olduğu təşkilatın başına yağdırır. İllərlə adicə üzvlük haqqını belə ödəməyib öz etirafına görə, bu binanın ancaq tualetinə aşiq olan nankorlar bura yalnız tualetə yox, həm də nə isə qoparmağa, qamarlamağa gəlirlər və iştahları doyandan sonra şərəfsizliyə əl atır, ən çətin günlərində ona əl tutan, çörək verənlərin ünvanına iyrənc sözlər deyirlər. Amma unutmasınlar ki, böyük Mirzə Ələkbər Sabir demişkən, “birinə diş qıcadıb, birinə quyruq bulayanların” aqibəti kədərli olur.
Azərbaycan ədəbiyyatını şöhrətləndirən, xalqa, vətənə, ədəbiyyata namusla xidmət edən nəsil-nəsil yazıçının müqəddəs ocağını əxlaqsızlıq yuvası adlandırmaq ən böyük əxlaqsızlıqdır. Çirkin böhtan atıb, sonra məhkəmə qarşısında cavab verməli olduğundan qorxub yüz yalvar-yaxarla məktub yazanlar, indi “fürsətdir” deyə qulluq göstərməyə tələsirlər.
Bir sözlə, Birliyin öz içində tək-tüklərdən ibarət beşinci kolon minlərlə yazıçısının doğma ocağını dağıtmağa, bağlatmağa, məhv etməyə can atır. Öz xudbin maraqlarına görə, ədəbiyyata xəyanət etmişlərin qara, xəbis niyyətləri baş tutmayacaq. Yazıçılar Birliyi daima ədəbiyyatımızın, dilimizin, mənliyimizin, mənəviyyatımızın, milli maraqlarımızın, dövlətçiliyimizin keşiyində duran nüfuzlu təşkilatdır. Ulu öndər Heydər Əliyev tərəfindən fəaliyyəti yüksək dəyərləndirilən, hörmətli Prezidentimiz İlham Əliyevin daimi qayğısını duyan ədəbi məbəddir. Azərbaycan ədəbiyyatının iftixarı olan sənətkarlar bu təşkilatın üzvü olmaqlarıyla fəxr etmişlər, Yazıçılar Birliyinin indiki rəhbərliyi dörd qurultayda yekdilliklə bu vəzifələrə seçilmişlər. O cümlədən, indi onların kölgələrini qılınclayanların da səsləriylə.
Ayrı söz tapmayanda yeri gəldi-gəlmədi, bugünkü Yazıçılar Təşkilatını 80 il bundan qabaq baş vermiş hadisələrə görə günahlandırmaq ucuz demoqoqçuluq və əxlaqsızlıqdır. Əslində bu gün 37-ci ilin ab-havasını yaratmaq istəyənlər mətbuat səhifələrində və saytlarda həmkarlarından siyasi donoslar verən, həsəddən, paxıllıqdan hamını qaralayıb sıradan çıxarmağa çalışanlardır. Belələri Birliyin özünü belə bağlatmağa, məhv etməyə çağırır, guya Birlik olmasa, qurumuş təbləri fontan vuracaq.
Ad çəkmirik, çünki elə adlar var ki, ədəbiyyat tarixinə düşməyə də layiq deyillər. Hərə öz payını götürsün.
Azərbaycan Yazıçılar Birliyinin katibliyi
15 sentyabr 2017
AYB katibliyinin üçüncü replikası
Azərbaycan Yazıçılar Birliyinin haqlı mövqeyinə münasibət bildirən namuslu yazıçılara və vicdanlı insanlara dərin təşəkkürümüzü bildiririk.
Azərbaycan Yazıçılar Birliyinin katibliyi
15 sentyabr 2017
Xəbərin oxunma sayı : 220
Hadisə
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV