“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yeni pullarla bağlı maraqlı məlumatlar - VİDEO

Tarix 13.01.21, 9:38

Font ölçüsü : - / +
bitmap-img6


Yeni pul nişanlarında xeyli mikromətnlər və gizli çap elementləri yerləşdirilib.

AzFakt.com xəbər verir ki, bunu Xezerxeber-ə açıqlamasında Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyev deyib.

O bildirib ki, Milli valyutanın təhlükəsizlik konsepsiyası beynəlxalq təcrübədə ən mükəmməl təhlükəsizlik sistemlərinə əsaslanır və 4 pilləli mühafizə konsepsiyasından ibarətdir.

Yeni tədavülə buraxılan 1, 5 və 50 manatlıq pul nişanlarında dizaynla yanaşı, mühafizə sistemlərində də dəyişiklik edilib.Burada da əsas məqsəd saxtalaşdırmanın qarşısını almaqdır.

Bu pul nişanlarına həm də yenilik olaraq şaquli dizayn konfiqurasiyası verilib ki, burada da xeyli mikromətnlər və gizli çap elementləri yerləşdirilib. Bunları həm də yeni bir mühafizə elementi də adlandırmaq olar. Yeni əsginaslarda görmə məhdudiyyətli şəxslərin pul nişanlarını tanıması üçün elementlər də öz əksini tapıb.

Aqşin Vəliyev qeyd edib ki, 20 manatlıq əsginas Qarabağ mövzusuna həsr olunmuş pul nişanıdır. Bu pul nişanının üzərində Azərbaycan xalqının mübarizə əzmini əks etdirən elementlər yer alıb. Yaxın vaxtlarda 20 manatlıq pul nişanları da yeni dizaynda tədavülə buraxılacaq.

Mərkəzi Bank yeni pul nişanları dövriyyəyə buraxılmazdan əvvəl, oktyabr ayında kommersiya banklarına və ödəniş xidmətlərini həyata keçirən provayderlərə məlumat göndərib. Tapşırılıb ki, istifadələrində olan nağd pula avadanlıqlarını yeni əsginazlara uyğunlaşdırsınlar.

Aqşin Vəliyevin sözlərinə görə, köhnə pul nişanları da tədavüldən çıxarılmayacaq və yeniləri ilə paralel şəkildə istifadə ediləcək. Gələcəkdə digər nominallı pul nişanlarının da yenilənməsi həyata keçiriləcək.(xezerxeber.az)













Xəbərin oxunma sayı : 517




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap