Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yeni Zelandiyada məscidlərə silahlı hücum olub –Atışma davam edir, 27 nəfər həlak olub

Tarix 15.03.19, 9:30

Font ölçüsü : - / +
bitmap-img6


Yeni Zelandiyanın iki məscidinə cümə namazı vaxtı silahlı hücum təşkil olunub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Christchurch şəhərinin Hagley Park qəsəbəsində baş verib. Hadisə nəticəsində 200-300 adamın olduğu məscidlərdə 27 nəfərin həlak olduğu və çoxsaylı yaralının olduğu bildirilir.

Azadlıq Radiosunun məlumatına görə, Yeni Zelandiya polisi bildirir ki, Kraystçerç şəhərində iki məsciddə kütləvi atışmalarda “çoxsaylı ölən” var, azı bir şübhəli nəzarət altına alınıb. Polis komissarı Mike Bush martın 15-də səhər deyib ki, “aktiv atışma” hələ də davam edir. O, vətəndaşları evlərindən çıxmamağa, “Yeni Zelandiyada heç yerdə” məscidə getməməyə çağırıb.

Yerli media daha öncə Masjid Al Noor məscidinin yaxınlığında atəş səsi eşidildiyini xəbərləmişdi. Bir şahid məscidin yaxınlığında yerdə azı üç nəfəri qan içində gördüyünü deyib. Polis şəhərin mərkəzində yaşayanları evdən çıxmamağa çağırıb. “Hazırda Kraystçerçdə ciddi və dəyişən durum yaşanır, fəal şəkildə atəş açan var”, – polis bəyanatında deyib. “Polis durumu idarə etməkdən ötrü tam gücündən istifadə edir, amma risk mühiti aşırı yüksək olaraq qalır”, – bəyanatda vurğulanır. Bir şahidin sözlərinə görə, qara geyinmiş bir nəfər məscidə girib atəş açınca, adamlar dəhşət içində məsciddən qaçmağa başlayıblar.

Şahid silahlının fövqəladə əməkdaşlar gəlincə qaçdığını gördüyünü deyib. “Hər yerdə ölü vardı”, – şahid söyləyib. Atışma zamanı Banqladeşin kriket komandası məscidin yanında olub, amma komandanın bütün üzvləri salamatdır, komandanın məşqçisi deyib. Rəsmilər Linwood Masjid yaxınlığında da atışma baş verdiyini desələr də, bu insidentin detalları bəlli deyil.



Xəbərin oxunma sayı : 658




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap