Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq – Nazir müavini

Tarix 25.05.17, 18:39

Font ölçüsü : - / +
bitmap-img6


“Büdcə konsolidasiya tədbirlərinin və sərt pul siyasətinin həyata keçirildiyi bir şəraitdə iqtisadi fəallığın və məşğulluğun təmin edilməsi məqsədi ilə ölkə iqtisadiyyatına yerli və xarici maliyyə resurslarının cəlb edilməsi və tədiyyə balansının tarazlığının təmin edilməsi üçün dövlətin təşviq mexanizmlərinin tətbiqinin əhəmiyyəti daha da artıb”.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, bununla əlaqədar ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizminin özəl investisiyanın artımına ciddi töhfə verib.

“Ötən il 79 sahibkarlıq subyektinə 84 investisiya təşviqi sənədi təqdim olunub ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq. 6700-ə yaxın yeni iş yeri yaradılacaq. Təqdim edilmiş layihələrin 45%-i kənd təsərrüfatı, 55%-i isə sənaye sahələrində olmaqla onların 40%-i Bakıətrafı qəsəbələri və Abşeron rayonunda, 60%-i isə regionların payına düşür ki, bu da regional inkişafa öz təsirini göstərəcək”, – deyə S.Həsənova vurğulayıb.

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların sayının 1000 dəfə azaldığını deyən nazir müavini hesab edir ki, yoxlamaların azalması onların sərbəst fəaliyyətinə şərait yaradıb.



Xəbərin oxunma sayı : 145




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap