Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb? - FOTO

Tarix 29.03.24, 11:57

Font ölçüsü : - / +
bitmap-img6


Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb.

Yeniavaz.com-a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib və nəticədə uzun tıxac yaranıb.

“İşə, dərsə, həkimə tələsənlər çarəsiz qalıblar. Guya keçiddə təmir aparılır. İki kilometr uzunluğunda tıxac yaranıb. Düz 55 dəqiqə yol bağlı qalıb. Bir nəfər də çıxıb bununla bağlı camaata açıqlama verməyib ki, nə məsələdir”, - deyə adının açıqlanmasının istəməyən sürücü bildirib.

Müraciət edənlər redaksiyaya fotolar da təqdim ediblər.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, 28 mart 2024-cü il tarixində saat 12:00-14:00 arası Yevlax rayonunun Yuxarı Qarxun kəndində Yevlax-Xaldan avtomobil yolunun dəmir yolu ilə kəsişməsində yerləşən qorunan dəmiryol keçidində planlı qrafik üzrə aparılacaq təmir işləri ilə əlaqədar 18 mart 2024-cü il tarixində müvafiq qurumlara, o cümlədən Yevlax Rayon Polis İdarəsinə yazılı müraciət edilib:

“Müraciətdə keçiddə avtomobil nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması zərurəti yarandığından, sözügedən saatlarda nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yol kimi Xaldan-Ağdaş-Ləki, Yevlax-Ləki-Ağdaş avtomobil yolundan istifadə olunması təklif edilib”.





Xəbərin oxunma sayı : 712




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap