Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yeyinti məhsullarına nəzarəti bu qurumlar həyata keçirəcək

Tarix 07.02.18, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətini Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək

Azərbaycanda yeyinti məhsullarına dövlət nəzarəti həyata keçirən orqanların siyahısında dəyişiklik edilib. APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.

Qaydaya əsasən İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində yeyinti məhsulları sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən məhsulların keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq-sanitariya və fitosanitar standartlara, norma, qayda və tələblərinə (standartlara və tələblərə) riayət edilməsinə dövlət nəzarəti həyata keçiriblər. Dəyişikliyə əsasən İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu siyahıdan çıxarılıb, Qida Təhlükəsizliyi Agentliyi siyahıya daxil edilib. Beləliklə, artıq yalnız Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi öz səlahiyyətləri daxilində yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanlarıdır.

Qeyd edək ki, dövlət nəzarətinin məqsədi istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, dövlətin əmlak maraqları, habelə ətraf mühit üçün birbaşa və mühüm təhlükə törədə və ya mühüm zərər vura biləcək yeyinti məhsullarının istehsalının, idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır. Yeyinti məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alış-satış və idxal-ixrac əməliyyatları yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir.



Xəbərin oxunma sayı : 271




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap