Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Yolun ortasında alışıb yanan avtobuslar - Səbəb nədir?

Tarix 30.10.25, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar ictimai nəqliyyatda avtobusların yanması halları tez-tez müşahidə olunur. Bu vəziyyət həm sərnişinləri, həm də daşımaları həyata keçirən şirkətləri ciddi şəkildə narahat edir. Ümumiyyətlə, avtobusların yanmasına səbəb olan amillər nələrdir? 

Nəqliyyat eksperti Eldəniz Cəfər Valyuta.az-a bildirib ki, köhnə avtobusların yanmasının əsas səbəbi adətən naqil sistemindəki nasazlıqlardır: "Köhnə avtomobillər və avtobuslarda alışma baş verdikdə, bu, əsasən köhnəlmiş naqil sistemindəki çatışmazlıqlarla bağlı olur. Bəzən mühərrik hissəsinə yad cismin düşməsi və ya yanacaq sızması da alışmaya səbəb ola bilər. Yeni avtomobillərdə isə aparılan araşdırmalar göstərir ki, bəzi hallarda istehsalçının nəzərdə tutmadığı, uyğunlaşmayan elektrik cihazları quraşdırılır və bu da yanğına gətirib çıxarır. Avtobuslarda da adətən bu səbəblərdən yanma halları baş verə bilər". 

Ekspertin sözlərinə görə, hazırda ictimai nəqliyyatda istifadə olunan avtobusların böyük hissəsinin yenilənməsinə ciddi ehtiyac var: "Bu istiqamətdə artıq müəyyən tələblər qoyulub. Daşıyıcı şirkətlər qarşısında öhdəlik var ki, köhnə avtobuslar mərhələli şəkildə dövriyyədən çıxarılsın və onların yerinə daha təhlükəsiz, müasir sərnişin daşımaya uyğun nəqliyyat vasitələri gətirilsin”.

Eldəniz Cəfərovun fikrincə, 2026-cı ildən etibarən köhnə avtobuslar Bakı şəhərində dövriyyədən çıxarılacaq.

 "Avtobusun yanması şirkət üçün təbii ki, maddi zərər yaradır, bu zərərin miqdarı, əsasən, həmin avtobusun dəyərindən asılıdır", - deyə o qeyd edib.



Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap