Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Zaqatala icra başçısının biznesi ortaya çıxdı - Fotofakt

Tarix 24.01.20, 20:53

Font ölçüsü : - / +
bitmap-img6


Qadağan olunmasına baxmayaraq Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olur.

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilən "Yerli İcra Hakimiyyəti haqqında əsasnamə"nin 5-ci naddəsində qeyd olunur ki, İcra hakimiyyətlərinin başçıları elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

AzFakt.com xəbər verir ki, qadağan olunmasına baxmayaraq Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olur.

Məlumat üçün bildirək ki, Mübariz Əhmədzadə daha əvvəl Qax rayon İcra Hakimiyyətinin başçısı olduğu zaman (27.12. 2007 - 1.09.2009) rayonun Qaxbaş kəndində 2 mərtəbəli istirahət kompleksinin tikintisini sifariş edib. Qax rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Cuma oğlunun 21.02.2008-ci il tarixli 29 saylı sərəncamı ilə sifarişçi Mübariz Əhmədzadə Cuma oğlunun obyektinin tikintisinə icazə verilib.

Qeyd edək ki, Qaxbaş kəndindəki 2 mərtəbəli istirahət kompleksi İcra başçısının yeganə kommersiya obyekti deyil. Mübariz Əhmədzadə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan 24 gün sonra, 25.09.2009-cu il tarixində "Qax-Avto" MMC adlı şirkət təsis edib.

Onu da qeyd edək ki, Mübariz Əhmədzadə "Dövlət Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı, Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Çoşqun Əhmədzadənin və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadənin atalarıdır. 




Mənbə: Yeniavaz.com



Xəbərin oxunma sayı : 2518




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap