Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Zaqatalada qədim un üyütmə alətindən hələ də istifadə olunur - VİDEO

Tarix 23.01.19, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


Zaqatalanın bəzi kəndlərində palıddan düzəldilərək dənli bitkiləri döymə üsulu ilə un halına salan alətlər hələ də saxlanılır. "Ding" adlandırılan bu alətin tarixi, deyilənlərə görə, qədim Albaniya dövrünə qədər gedib çıxır.

Xezerxeber.az-ın məlumatına görə, içi oyularaq yekə ağacdan düzəldilən bu alət keçmişdə qadınların ən çox istifadə etdiyi alət olub.

Dəyirmanların az olduğu dövrlərdə kənd ustalarının düzəltdiyi bu alətdən Zaqatalanın bəzi kəndlərində indi də istifadə edənlər var. "Ding" adlanan alətdə çəltik və digər dənli bitkilər un halına salınır.


"Ding" kənd ustaları tərəfindən palıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanır. Alətin ön hissəsində girdə çala, arxa hissəsində isə bir cüt qol olur. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilir.

Alətin uc hissəsinə dişli baş və ya xüsusi daş yerləşdirilir. Bu ucluq çalaya doldurulmuş çəltiyə dəydikcə onu un halına salır. Üyütmə prosesi un ələkdən keçirilməklə iki-üç dəfə təkrar olunur.

Babalarından yadigar qalmış bu aləti gələcək nəsillərə ötürmək üçün kənd sakinləri onu vaxtaşırı təmir edərək qoyurlar.









Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap