Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Zaur Qəhrəmanov “Neftçi”nin SOCAR-ın pulunu küçəyə səpməsinə niyə göz yumur?

Tarix 14.02.21, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


“Neftçi” “transfer pəncərəsi”nin son günlərində hücum xəttində yaranan boşluğu Sofiya MOİK-indən Ahmed Ahmedovu icarəyə götürərək doldurub.

Ötən mövsümün ilk 6 ayında cəmi 6 matçda meydanda olan forvard cari “futbol ili”ndə əsas heyətdə özünə yer edə bilməyib.

Bu sezon 18 matçda iştirak edib ki, bunun 11-i çempionat, 7-si isə Avropa Liqasına təsadüf edib.

Ümumilikdə 392 dəqiqə meydanda qalan Ahmedov bunun yalnız ikisində bir hissədən artıq oynayıb, bir dəfə isə 45 dəqiqə mübarizə aparıb.

Baş məşqçi ona adətən görüşlərin 70-ci dəqiqəsindən sonra şans verib. Dörd dəfə də sona 2-3 dəqiqə qalmış vaxt aparmaq üçün nəzərdə tutulan əvəzləmə ilə meydana daxil olub.

Mərkəz hücumçusu ilə yanaşı, ikinci forvard kimi də oynamağı bacaran Ahmedov MOİK-in heyətində cəmi 3 qol sevinci yaşaya bilib.

Bunun 2-si Avropa Liqasının təsnifat mərhələsinə, 1-i isə Bolqarıstan çempionatına təsadüf edib. “Neftçi”də qol yükünü daşımalı olan forvard sonuncu qoluna 4 ay əvvəl – oktyabrın 4-də sevinib.

Burqas “Çernomorest”inin yetirməsi olan Ahmed Ahmedov MOİK-dən əvvəl iki il formasını geyindiyi ilk elita komandası “Dunav”da da yüksək qolçuluq bacarığı ilə seçilməyib.

O, sonuncu dəfə 90 dəqiqəni də məhz bu komandanın heyətində - 2019-cu il dekabrın 1-də keçirib. Futbolçu karyerası ərzində Bolqarıstan yüksək liqasında ümumilikdə 78 matçda iştirak edib, cəmi 15 dəfə fərqlənib.

“Neftçi”nin yeni transfer Ahmed Ahmedovla bağlı planları da məlumdur. Bolqarıstan mətbuatının məlumatına görə, paytaxt təmsilçisi mövsümün sonunda oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Xəbərdə vurğulanıb ki, Ahmedovun “Neftçi”dəki maaşı MOİK-də qazandığından ikiqat çox olacaq. Ancaq altı aylıq icarə üçün MOİK simvolik məbləğ qazanacaq.

Klublar arasındakı müqavilədə yer alan bəndə əsasən, “ağ-qaralar” MOİK-lə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan albaniyalını yayda transfer etmək istəyərsə, bunun qarşılığında Sofiya təmsilçisinə 150 min avro ödəniş etməli olacaq.

Bu transferi “Neftçi” üçün gecikmiş və yaxud “toydan sonar nağara” da adlandırmaq mümkündür. Çünki komanda ölkə kubokunda mübarizəni erkən dayandırıb, hansı ki, bu yarıma titul qazanmaq baxımından əsas ümid yeri sayılırdı.

SOCAR hələ yayda Kamran Quliyevdən bunu tələb etmişdi və aydın məsələdir ki, “Zirə”yə ¼ final mərhələsində məğlubiyyət klub prezidentinə bağışlanmayacaq. Buna görə başı ağrıyacaq, qoy, bir az keçsin.

Hər halda neft şirkətində başqa bir məqsədin yerinə -yetirilməyəcəyini gözləyirlər. Söhbət Premyer Liqada gümüş medalın qazanılıb-qazanılmayacağından gedirlər.

Bakılılar bu həftə Azərbaycan derbisində “Qarabağ”la qarşılaşacaq və əgər məğlubiyyətlə üzləşərsə, liderdən 5 xal geridə qalacaq.

Ahmed bu matçda meydana çıxmayacaq. Hazırda Bolqarıstanda olan hücumçunun gələn həftə Azərbaycana təşrif buyurması planlaşdırılır.

Kubokda fiaskoya uğramış, çempionatda hədəfləri zədələnmiş “Neftçi”nin indiki məqamda Ahmedin transferini həyata keçirməsi “daldan atılmış daş”dlr və manasızdır.

Yeni hücumçu problemini 3 ay öncə həll etmək lazım idi, indi yox. Belə çıxır ki, Quliyev-Abbasov cütlüyü bu gün sırf Premyer Liqada ikinci yeri tutmağın dərdini çəkir.

“Zirə”nin yüksəlişindən qorxuya düşən tandem gərək bundan sonar iddialı açıqlamalar verməsin, utansınlar. Demək olar hər şey əldən çıxıb – SOCAR-ın pulunu küçəyə atmaq, görəsən, hansı ağılın “məhsul”udur?

Ümumiyyətlə, maraqlıdıt: “SOCAR- Türkiyə”ni idarə edən Zaur Qəhramanov hər işinə qarışdığı “Neftçi”nin belə yöndəmsiz seleksiya fəaliyyətinə niyə göz yumur və ya göz yuma bilər? Yoxsa o da…

26 yaşlı forvardın qol problemini həll edəcəyi o qədər də inandırıcı görünmür. Ahmedovun cari mövsümün ilk yarısındakı performansı belə düşünməyə əsas verir.

Hər halda ötən ilin əvvəlindən MOİK-in formasını geyinən oyunçunun birillik statistikası heç də ürəkaçan deyil.

“Neftçi” yayda onu birdəfəlik transfer etmək istəsə, 150 min avro ödəməlidir və razılaşaq ki, bu, hazırkı pandemiya dönəmi üçün kifayət qədər yüksək rəqəmdir.

“Neftçi”nin göstərilən qədər pulu varsa, Kamran Quliyev bir də mətbuata çıxıb imkansızlıqdan danışmasın, ağlamsınmasın.

Çönki onun ağlamağı timsahın göz yaşlarına daha çox oxşayır indi…

Mənbə: Sportinfo.az






Xəbərin oxunma sayı : 913




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap