|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Ziya Məmmədov təcili Bakıya çağırıldı - SƏBƏB
Tarix 12.06.21, 12:26 |
|
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı Kanadanın "Bombardier Transportation” şirkətinin İsveçdəki törəmə şirkətinin keçmiş menecerinə qarşı başlanan cinayət işində keçəndən sonra onun Bakıya çağırıldığı haqda xəbərlər yayılıb. Ziya Məmmədov vəzifədən çıxarılandan sonra Ucarda əkin-biçinlə məşğul olduğunu, mal-qara saxladığını, işçilərinin olduğunu açıqlamışdı. Belə aydın olmuşdu ki, sabiq nazirin günü Ucarda keçir.
"Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, İsveçdə adı yenidən cinayət işində hallanmağa başlayandan sonra Ziya Məmmədovu Bakıya çağırıblar.
Yada salaq ki, 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsini siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə "Bombardier”in başçılıq etdiyi konsorsium qalib gəlmişdi. Baxmayaraq ki, digər iştirakçılar tenderdə daha az qiymətə öz xidmətlərini təklif etmişdilər. Müqavilə imzalanarkən Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədov idi, ADDY-ə isə Arif Əsgərov rəhbərlik edirdi. Sabiq nazirin adı İsveçdə araşdırılan cinayət işindəki sənədlərdə də yer alır.
Şirkət meneceri Tomas Bimerə 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə üzrə azərbaycanlı məmurlara "otkat” verdiyi barədə rəsmi ittiham irəli sürülüb. Tomas Bimer xüsusilə ağırlaşdırılmış hallarda rüşvətlə ələ almada ittiham olunur. Cinayət işi artıq yekunlaşıb və Tomas Bimer tezliklə məhkəmə qarşısında çıxarılacaq. Prokurorlar bildirirlər ki, Azərbaycanda dəmir yollarına siqnalizasiya sistemlərinin quraşdırılmasını nəzərdə tutan 350 milyon dollarlıq müqavilədə "dəmir yollarının ən azından bir orta səviyyəli rəhbərinə” 100 milyon dollar rüşvət ödənilib.
"Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, ”Bombardier" şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub", - prokuror Staffan Edlund jurnalistlərə bildirib. Bildirilir ki, həmin 100 milyon dollar "otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli "Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkətini təmsil edirdi. Həmin şirkət "Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. Stokholm dairə məhkəməsinə təqdim edilmiş cinayət işinin materiallarına əsasən, TSR və "Bombardier Sweden” tenderi elə saxtalaşdırıblar ki, "Bombardier Sweden” onu uda bilsin. Prokuror qeyd edib ki, həm Tomas Bimer, həm "Bombardier” şirkəti, eləcə də Azərbaycan dəmir yollarının rəhbərliyi hər hansı qanun pozuntusunu inkar edirlər. Hərçənd İsveç müstəntiqləri sonuncuları, yəni Azərbaycan dəmir yollarının rəhbərliyini dindirə bilməyib. Bundan əlavə, tamamilə mümkündür ki, "Azərbaycan Dəmir Yolları” QSC-də həmin rüşvətin bir hissəsini alan başqa əməkdaşlar da olub. "Mən təhqiqata əsaslanaraq əminliklə deyə bilərəm ki, bu işdə başqalarının da əli var. Lakin rüşvətxorluğu sübut etmək üçün biz göstərməliyik ki, kimsə bu işdən fayda götürüb. Hələlik bu, bir nəfərdir, amma mən məhkəmədə rüşvəti alanların daha çox olduğunu sübut etməliyəm”,-prokuror Edlund deyib. O, bildirib ki, Azərbaycan tərəfi təhqiqat çərçivəsində ona "bəzi sənədləri” göndərib.
Prokuror qeyd edir ki, "Bombardier Sweden” şirkətinin keçmiş baş direktoru da daha bir neçə şəxslə birlikdə əvvəllər bu korrupsiya sövdələşməsində şübhəli bilinib, amma onlara qarşı rəsmi ittiham irəli sürmək üçün yetərli sübutlar olmayıb. Ancaq sübutların yetərsiz olması o deməkdir ki, bunlar həmin iş üzrə onların günahını sübut etmək üçün yetərli deyildi. Virtualaz.org yazır ki, 2017-ci ildə Stokholm dairə məhkəməsi bu korrupsiya sövdələşməsi üzrə şübhəlilərdən birinə - "Bombardier” şirkətinin satışlar üzrə rusiyalı meneceri Yevgeni Pavlova bəraət verib. Sonra o, Rusiyaya qayıdıb və iş 2020-ci ilin fevralında apellyasiya məhkəməsinə veriləndə İsveçə qayıtmaqdan imtina edib. Prokuror Edlund bildirir ki, Pavlova bəraət verilməsi rüşvətxorluq haqda qanunun düzgün tətbiq edilməməsi nəticəsində baş vermişdi. Məhz Azərbaycan məmurları ilə rüşvət qalmaqalına görə Dünya Bankı 2018-ci ildə "Bombardier” şirkətinin yer alacağı layihələri maliyyələşdirməkdən imtina etdiyini rəsmən bildirib. Şirkətin İsveç nümayəndəliyi bu qalmaqaldan sonra Fransanın "Alstom” şirkətinə satılsa da onun da Dünya Bankının maliyyələşdirdiyi hər hansı layihələrdən çıxarılacağı riski qalır. Nəqliyyat Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən "Bombadier” şirkəti Bakı-Böyük Kəsik dəmir yoluna siqnalizasiya sisteminin quraşdırılmasını həyata keçirməliydi. Həmin korrupsiya sövdələşməsi əsasında 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülüb. Belə ki, "Ebilock-950" siqnalizasiya avadanlığı əvvəlcə Londonda qeydiyyatdan keçmiş ”Multiserv Overseas" adlı offşor şirkətə satılıb, daha sonra həmin şirkət avadanlığı 5.5 dəfə baha Azərbaycana ötürüb.
Yevgeni Pavlov
Bu sxem sayəsində azərbaycanlı məmurlar cəmi 100 milyon dollara yaxın "otkat” əldə ediblər. Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. Onun adı axtarış zamanı Bombardier-in İsveç ofisindən müsadirə edilmiş sənədlərdə yad olunur. İstintaqın versiyasına görə, Azərbaycan rəsmiləri müqavilələrin bağlanması müqabilində nəqliyyat şirkətinin İsveç şöbəsindən rüşvət alırdılar. Bu korrupsiya qalmaqalı müqavilənin bağlanmasından bir neçə il sonra İsveç KİV-lərinin də yer aldığı beynəlxalq araşdırmaçı jurnalistlər qrupu tərəfindən ortaya çıxarılmışdı. "Bombardier” şirkətinin Kanadada yerləşən baş ofisinin bu sövdələşmədə iştirakına dair hər hansı dəlil olmasa da 2017-ci ildə şirkətin baş icraçı direktoru Pyer Boduen istefa verməli olmuşdu. "Bombardier” şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyinin korrupsiya sxemində adı keçən "Trans Siqnal Rabitə” MMC şirkəti isə 2019-cu ilin avqustunda "könüllü ləğvini” elan edib. Şirkətin "Bombardier” lə 340 milyon dollarlıq müqavilədəki payı 40 milyon dollara yaxın olub. "Trans-Siqnal-Rabitə” MMC-nin hüquqi ünvanı (2008-ci ilin aprel ayında Füzuli rayonunun Böyük Bəhmənli kəndində Elxan Zohrab oğlu Əliyev tərəfindən təsis edilib) Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan kəndindəki mənzillərdən biri idi. Bu mənzildə bir neçə digər hüquqi şəxs qeydiyyata alınıb ("Meqabayt” MMC, "Genser-Panel” MMC, "Real-Biznes-R” MMC, "Universal-2009" MMC, ”Simurq 2009" MMC, "Titan 2009" MMC və ”DİA-A" MMC). Bunların bəzilərinin adları dövlət satınalmalarında çəkilir.
"Yeni Müsavat” əməkdaşı Ziya Məmmədovun Bakıya çağırılmasının səbəbini öyrənmək, İsveçdəki 100 milyonluq "otkat” işinə rəyini almaq üçün onunla əlaqə saxlayıb. Sabiq nazirin telefonuna özünü adi işçi kimi təqdim edən şəxs cavab verib. O, Ziya Məmmədovun Bakıda olduğunu təsdiqləyib.
"Ziya Məmmədov hazırda istintaqdadırmı” sualına "bilmirəm” cavabı verilib. "Ziya Məmmədov Bakıdadırsa, onun Ucardakı mal-qarasına kim baxır, yonca, taxıl, arpa sahələrini kim idarə edir” sualına da eyni cavab verilib.
Xatırladaq ki, 2015-ci-ildən başlayaraq yarıtmaz fəaliyyətinə və adı müxtəlif korrupsiya qalmaqallarında hallanan çoxlu sayda məmur istefaya göndərilib. Hakimiyyətin müxtəlif strukturlarında yüksək vəzifələr tutmuş bu şəxslər və onların yaxınları daim əldə etdikləri hüdudsuz sərvət, dəbdəbəli həyat tərzi və qanunsuz hərəkətləri ilə illərlə mətbuatın gündəmindən düşməyiblər. Hakimiyyətin nüfuzuna zərbə vuran belə kadrların əksəriyyəti hakim komandadan təmizlənsə də, müxtəlif yollarla cinayət təqibindən yaxa qurtara biliblər. Bu sırada Ziya Məmmədov da var. Ölkənin ən varlı məmur-oliqarxlarından olmuş Ziya Məmmədov 2017-cü ilin 13 fevralında ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Amma onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilən korrupsiya əməlləri araşdırılmayıb.
İsveçdəki 100 milyon dollarlıq "otkat” işinin yaxın zamanlarda Azərbaycanda da araşdırılması istisna deyil. Mümkündür ki, Ziya Məmmədov Bakıya məhz bu cinayət işindən dolayı çağırılıb.
Xəbərin oxunma sayı : 544
Sosial
Xəbərlər
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
TOP 10
ARXİV