|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
İran növbəti siyasi təlatüm ərəfəsində - TƏHLİLİ
Tarix 25.02.24, 11:16 |
|
İranda seçki öncəsi vəziyyət dünyanın diqqətindədir. Mühafizəkar qanad siyasi sahədə total təmizləmə aparıb. Filtrdən keçməyənlər arasında Qərblə məhdud əməkdaşlıq konsepsiyasının tərəfdarı hesab olunan İranın keçmiş prezidenti Həsən Ruhani də var.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
İranda martın 1-də parlament seçkiləri ilə eyni gündə əsas funksiyası ölkənin ali liderini seçmək olan hökumət orqanına - Dini Ekspertlər Şurasına kritik seçkilər keçiriləcək. Parlament seçkiləri ilə yanaşı, əsas diqqət səkkiz ildən bir keçirilən Ekspertlər Şurasına seçkilərə yönəlib. Məclise-Şuraye-Xübreqan adlanan bu qurum ölkənin ali rəhbərini seçir. İndi bu vəzifədə ayətullah Seyid Əli Xameneidir, ondan əvvəl isə ayətullah Xomeyni İranın ali rəhbəri olub. Seçkiöncəsi vəziyyətə gəldikdə, İran rəhbərliyi rəy sorğularının təfərrüatlı nəticələrinin dərcinə qadağa qoyub. Çünki fəallıq səviyyəsinin son dərəcə aşağı olacağı gözlənilir.
Siyasi sahədə total təmizləmə
Digər məsələ də ondan ibarətdir ki, mühafizəkar qanad siyasi sahədə total təmizləmə aparıb. Rəsmi məlumatlara görə, İranın bütün əyalətlərindən ümumilikdə 500 iddiaçı namizəd olmaq üçün ərizə təqdim edib. Bununla belə, tənzimləyici orqan olan Konstitusiyanın Mühafizəçiləri Şurası yalnız 144 namizədin seçkiyə qatılmasına icazə verib. Filtrdən keçməyənlər arasında Qərblə məhdud əməkdaşlıq konsepsiyasının tərəfdarı hesab olunan İranın keçmiş prezidenti Həsən Ruhani də var. Onun seçkiyə buraxılmaması İran dövlətinin kəskin anti-Qərb xəttini davam etdirəcəyini göstərir. Ruhaninin ofisi qərarı şərh etmədən qısa bəyanat yayıb. 2013-2021-ci illər arasında prezident olan Ruhani 2000-ci ildən davamlı olaraq Ekspertlər Şurasının üzvü olub. Eks-prezident uzun müddətdir ki, onu İranın milli maraqlarına məhəl qoymayaraq Qərblə münasibətləri yaxşılaşdırmaq cəhdlərində ittiham edən sərt xətt tərəfdarlarının tənqid hədəfinə çevrilib.
Ruhani şantaj edilir
Ruhani ilə bağlı qərar sərt xətt tərəfdarı, mühafizəkar millət vəkili Nasrulla Pejmanfərin onun ABŞ-yə münasibətini yenidən tənqid etməsindən bir gün sonra verilib. O, ətraflı məlumat vermədən keçmiş prezidentin “qaranlıq sənədləri”ni ifşa edəcəyi ilə də hədələyib. 2020-ci ildən bəri ardıcıl üçüncü ümummilli seçkilərdə seçici fəallığının aşağı olmasından narahat olan Ruhani hakimiyyəti müxtəlif namizədlərin seçkilərdə iştirakına icazə verməklə, fəallığın artmasına yardım etməyə çağırmışdı.
Ruhani aylardır seçicilərə laqeydlik barədə xəbərdarlıq edir. O, bunu ictimaiyyət arasında məyusluq və aşağı fəallığı təmin etmək üçün hakimiyyətdəki sərt xətt tərəfdarlarının düşünülmüş strategiyası ilə əlaqələndirir.
Mühafizəkar düşərgə üçün test
Beləliklə, əvvəlki seçkilərdə mandatların əksəriyyətini almış mühafizəkar düşərgə üçün bu seçkilər 2022-2023-cü illərin izdihamlı etiraz hərəkatından sonra ilk dəfə güc sınağı olacaq. İranda seçicilərin səsvermə hüququ 18 yaşdan başlayır. Namizədin yaşı isə 30-75 arasında olmalıdır. 54 milyon 915 min seçicinin səsverməsi üçün 53 min seçki məntəqəsi fəaliyyət göstərəcək.
Qeyd etdiyimiz kimi, hakimiyyət orqanlarının ən böyük narahatlığı seçkilərdə iştirakla bağlıdır. “Amwaj media”nın yazdığına görə, Tehran rejimi seçicilərin laqeydliyinə işıq sala biləcək rəy sorğularının nəticələrinin dərcinə mane olmağa çalışır.
İranlı Tələbələr üçün Sosioloji Mərkəz (ISPA) tərəfindən aparılan sorğunun nəticəsinə görə, respondentlərin 28%-dən azının seçkilərə getməyə hazır olduqlarına əmin olduqları müəyyən edilib. Seçkilərdə alternativ düşərgədən əhəmiyyətli namizəd olmayacaq.
Düzdür, ISPA analitikləri dekabrda hesabatdan yalnız çıxarışlar təqdim ediblər. Bu, çox güman ki, mühafizəkar dairələri qorxudub, çünki bu ilin yanvarında “Fars” agentliyi adı açıqlanmayan araşdırmalara istinadən xəbər vermişdi ki, martın 1-də seçici fəallığı ən azı 40% olacaq.
Gənc qadın Məhsa Əmininin öldürülməsindən sonra ölkədə 2022-2023-cü illərdə etiraz hərəkatı başlamışdı. Narazılıq hələ də qalır. Polis tərəfindən döyüldüyü iddia edilən 22 yaşlı qızın öldürülməsi hökumət əleyhinə hərəkata səbəb olub.
Molla rejimində qorxu yaradan məktub
İranda hazırda Tehran həbsxanasında olan tanınmış islahatyönlü siyasətçi Mustafa Taczadənin çıxışı da şok yaradıb. Ölkənin ali rəhbəri ayətullah Əli Xameneini kəskin tənqid edərək deyib ki, ölkənin “qüsurlu siyasi strukturuna” görə məsuliyyəti o daşıyır. Evin həbsxanasında beşillik cəza çəkən Taczadə 2022-ci ildə “milli təhlükəsizliyə təhdid yaratmaqda” və “hökumətə qarşı təbliğatda” ittiham olunaraq məhkum edilib. Taczadə həbsxanadan yazdığı məktubda bildirir ki, o, İslam Respublikası liderlərinin “strateji uğursuzluqlarına” görə Üləmalar Şurasının seçkisində səs verməyəcək. Siyasətçi habelə Xameneinin ölkədə yaratdığı şəraitdə seçki keçirilməsini mənasız adlandırıb. 1997-2005-ci illərdə islahatyönlü prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə daxili işlər nazirinin müavini olan Taczadə vurğulayıb ki, Xamenei İranda baş verən dəhşətli faktlara göz yumub və etiraz edən milyonlarla vətəndaşın istəklərini dinləməyib: “Amma burası da var ki, əksər iranlılar da liderin dediklərinə, radio və televiziya ilə müraciətlərinə məhəl qoymamaq qərarına gəliblər. Səs verməyin!” Bu məktub dərc olunmazdan az əvvəl Əli Xamenei vətəndaşlara müraciət edərək onları 1 mart seçkisində fəal iştirak etməyə çağırmışdı.
Beləliklə, bu qənaətə gəlmək olar ki, İran hakimiyyətinin daxilində bu seçkilərdə də dəyişiklik baş verməyəcək.
Xəbərin oxunma sayı : 1033
Analiz
Xəbərlər
-
Mədəkiçiltmə əməliyyatının fəsadları: Arıqlamaq üçün cərrahi əməliyyat şərtdir? - VİDEO
-
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
-
Cavid Qurbanovun oğlu deputat olacaq? - İDDİA
-
“Hostellərin sayının artması insan alveri qurbanlarının çoxalmasına səbəb olur“ - Deputat
-
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA
-
“Azərbaycanın İrandakı səfirliyinin yeni məkanı müəyyən edilib” – XİN
-
Türkiyədə məşhur aktrisa tanınmış futbolçu ilə ailə qurdu - FOTO
-
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır?
-
Yerə oxşayan yeni planet aşkarlandı - FOTO
-
Azərbaycanın bəzi bölgələrinə qar yağıb - FOTO
-
Çində taksilərlə bağlı yenilik: Sürücüsüz idarəetmə - FOTO/VİDEO
-
Bakıda sevgilisi ilə hotelə gedən qadın uşaqlarını da özü ilə aparıb - TƏFƏRRÜAT
-
Moldova referenduma gedir - Aİ-yə üzvlüklə bağlı
-
Hikmət Hacıyev ABŞ-də dövlət katibinin müavini ilə görüşüb - FOTO
-
Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub
-
Ayrılıq xəbəri ilə gündəmdən düşməyən Murad və Ülviyyə - FOTO
-
Dünyanın ən çox qazanan idmançıları - İLK ONLUQ
-
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
-
Sənədsiz evlərin qeydiyyatı ilə bağlı “əmlak amnistiyası” gözlənilir - VİDEO
-
Mikayıl İsmayılovun oğluna qarşı ağır ittiham - “Qızını qəbul etmir“
-
Yeni Kaledoniya aclıqla üz-üzə: Ərzaq qıtlığı yaranıb
-
Deputat Ülvi Quliyevin qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb - Məhkəmə
-
Bakıda piyada keçidinin lifti işləmir - VİDEO
-
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - FOTO
-
Daxildə istirahət xaricdən niyə bahadır? - VİDEO
-
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
-
“Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur” - Aleksandr Lukaşenko
-
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
-
Urmiya gölünün rəngi dəyişməyə başlayıb - VİDEO
-
Gələn həftə 3 gün iş olmayacaq? - Rəsmi açıqlama
-
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
-
Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib - SƏRƏNCAM
-
“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir“ - Ərdoğan
-
Şuşanın güllələnmiş icra başçısının qızı: “Atamın qanı yerdə qalmadı”
-
Klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı - FOTOLAR
-
Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda QALMAQAL
-
“AVRO-2024”də çıxış edəcək Almaniya millisinin heyəti açıqlanıb - SİYAHI
-
İşğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? – Son məlumatlar
-
Kür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı - FOTOLAR
-
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ
-
Sumqayıtda 12 mindən çox abonentin qazı kəsiləcək - Xəbərdarlıq
-
Qusarda bələdiyyə sədri HƏBS EDİLDİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Xarkov istiqamətində vəziyyət gərgindir” - Zelenski
-
Plastik-cərrah Səlim Rəhimov lisenziyasız fəaliyyət göstərir? - İlginc iddialar
-
Sabah güclü külək olacaq - XƏBƏRDARLIQ
-
Lukaşenko Əliyevdən Qarabağda yer istədi - “Bu torpaqları dirçəltmək lazımdır”
-
Azərbaycanda iki institut ləvğ edildi - Əvəzində yeni qurum yaradıldı
-
Bunu etsəniz, kartınızdakı pullar oğurlanacaq - Xəbərdarlıq
-
“Slovakiya vətəndaş müharibəsinin astanasındadır“ - DİN rəhbəri
-
Azərbaycan-Belarus sənədləri imzalanıb - FOTO
-
Əhalinin sayı açıqlandı: Neçə nəfərik?
-
Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ
-
10 mindən çox nikah, beş mindən çox boşanma qeydə alınıb - Statistika
-
Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO
-
“Trendyol” qiymətləri bir neçə dəfə artırdı - FOTO
-
İsa Qəmbər parlament seçkilərinə qatılacaq - AÇIQLAMA
-
Bir-birlərini məhkəməylə hədələdilər! - Ağır ittihamlar
-
Azərbaycanda ixrac kəskin azaldı – Son rəqəmlər
-
İlham Əliyevin Prezident Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü başlayıb - FOTO
-
“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat
-
Ən çox xarici dil bilən deputatlarımız - SİYAHI
-
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb - Saxlanılan var
-
Rəqsanə həbs qoyulan mülklərini geri qaytara bilmədi - Şikayəti təmin edilmədi
-
May ayında Azərbaycana qar yağdı - VİDEO
-
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb - FOTO
-
İcra Hakimiyyətinin vəzifəli şəxsi tutuldu - Rüşvət alarkən
-
Sənədsiz ev sahiblərinin diqqətinə:Qeydiyyat üçün portalın hazır olacağı tarix açıqlandı
-
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? - FOTO/VİDEO
-
İcra başçısı “Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
-
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
-
Bakıdakı yollardan birində sürət həddi endirilib - Xəbərdarlıq
-
“Moskva ilə Pekin arasında münasibətlər üçüncü tərəfə qarşı yönəlməyib” - Putin
-
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
-
Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB
-
Bir gecədə məhv olan güllərin evi: Külə dönmüş “Ağ çiçəyim”dən FOTOREPORTAJ
-
Yapon milyarderdən “Facebook”u məhkəməyə verdi: Təzminat tələb edir
-
Şəkərli diabet xəstələri 15 gündür dərmanlarını ala bilmirlər - VİDEO
-
Adı ləğv edilərək, ərazisində mərzlik yaradılan rayon... - Qərbi Azərbaycan Xronikası
-
“Vəzifədə olanda mənə salam vermirdi“ - Zahidə Günəş
-
Lisenziya alan klubların adları açıqlandı - RƏSMİ
-
Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib - FOTO
-
Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO
-
Bu evlərə “kupça” verilməyəcək - YENİ QƏRAR
-
Slovakiyanın Baş nazirinin əməliyyatı uğurlu keçib - Həkimlərlə danışır
-
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
-
Azərbaycanda vəzifəli xanım işdən azad edildi - Öz xahişi ilə
-
Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - VİDEO
-
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
-
“Medcial Palaza“ klinikası xaricə valyuta çıxarıb? - Məhkəmə
-
Keçmiş bank işçisi 2 milyon manatı ələ keçirərək ölkədən qaçdı - Araşdırma aparılır
-
Dağ turizminin əvəzsiz məkanına çevrilən Kəlbəcər - VİDEO
-
İlham Əliyev Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınadı - FOTO
-
Bakıda yağış yağacaq, külək olacaq - XƏBƏRDARLIQ
-
Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı - Partiyanı buraxdı
-
Slovakiya baş nazirini güllələyən şəxsin kimliyi bəlli oldu - FOTO
-
İnflyasiyanın aşağı olması yerli bazarda qiymətlərə necə təsir edib? - VİDEO
-
Bakının bəzi ərazilərində zibil qutuları yolda hərəkətə mane olur - VİDEO
-
Direktor müavini Natiq Mehdini necə öldürüb? - TƏFƏRRÜAT
-
Avtomobil sahiblərinin diqqətinə – Bu maşınları ciddi təhlükə gözləyir
-
Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən şok açıqlama - “Məni aldatdılar, iddiadan imtina etdirdilər...“
-
Prezident Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanladı - MƏTN
-
Rusiya və Ukrayna “Koreya” ssenarisinə görə atəşkəs əldə edə bilərlər: Müharibəni donduracaqlar?
-
“Parlament seçkiləri bir və ya bir neçə ay tez keçirilə bilər” – Aqil Abbas
-
Slovakiyanın baş nazirinə sui-qəsd oldu - Robert Fitso güllə yarası alıb
-
Araik Arutyunyan və digər erməni separatçılarının həbs müddəti uzadıldı - Məhkəmə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda bir qadın 202 nəfərə yarım milyon zərər vurub – DİN-dən açıqlama (+FOTO)
-
Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılır
-
İntim videolar çəkən FHN polkovnikindən xəbər var - Şikayətini geri götürdü
-
“Estetik cərrahların fəaliyyəti araşdırılır və düz edirlər, çünki...” - Tanınmış HƏKİM
-
Azərbaycanın bir qrup hərbçisi təltif edilib - FOTOLAR
-
“Moskva və Ankara xüsusi kanallar vasitəsilə dialoq aparırlar” - Zaxarova
-
“Deputatlığa namizədliklə bağlı təklif gəlsə, fikirləşərəm...” – Anar
-
Zirzəmidə meyiti tapılan Könül tələbə imiş - YENİ DETALLAR
-
Çexiya prezidenti Ukraynanı təslimiyyətə cağırdı - “Biz realist olmalıyıq”
-
Məcburi köçkünlərə verilən “çörəkpulu“ kəsilir? - Rəsmi açıqlama
-
“Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb“ - Anar Eyvazov
-
Yağış, qar, dolu gözlənilir - Sabahın havası
TOP 10
ARXİV