“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

150 balla hansı ixtisaslara qəbul olmaq olar?– SİYAHI

Tarix 31.07.26, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi (DİM) ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəyi ixtisasları açıqlayıb.

AzFakt.com xəbər verir ki, bu barədə APA-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, I ixtisas qrupu üzrə aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Meliorasiya mühəndisliyi;
Texnologiya müəllimliyi;
Ekologiya mühəndisliyi.

Qeyd olunub ki, 2026-cı ildən etibarən aşağıda qeyd olunan ixtisaslar üzrə də ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Kompüter mühəndisliyi (Rİ);
İnformasiya texnologiyaları (Rİ);
Qida mühəndisliyi (RK);
Elektrik və elektronika mühəndisliyi (RK);
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (RK);
Mexanika mühəndisliyi (RK);
Radiotexnika və telekommunikasiya mühəndisliyi (RK).

Bundan əlavə, əvvəlki illərdə olduğu kimi aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
Aqromühəndislik;
Aqronomluq;
Balıqçılıq;
Meşəçilik;
Şərabçılıq;
Torpaqşünaslıq və aqrokimya;
Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
Zoomühəndislik.

DİM bildirib ki, II ixtisas qrupu üzrə aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Marketinq;
Biznesin idarə edilməsi;
Turizm bələdçiliyi;
Turizm işinin təşkili.

2026-cı ildən etibarən aşağıda qeyd olunan ixtisaslar üzrə də ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Mühasibat;
Dövlət və bələdiyyə idarəetməsi;
Maliyyə;
İqtisadiyyat;
Menecment;
Beynəlxalq ticarət və logistika;
Nəqliyyatda servis (nəqliyyat növləri üzrə).

Məlumata görə, III ixtisas qrupu üzrə aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Muzey, arxiv işi və abidələrin qorunması;
Sosial iş;
Regionşünaslıq (regionlar üzrə).

IV ixtisas qrupu üzrə isə aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Ekologiya.

Bununla yanaşı, aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
Bağçılıq və tərəvəzçilik;
Baytarlıq təbabəti;
Bitki mühafizəsi;
Su bioehtiyatları və akvakultura.



Xəbərin oxunma sayı : 493




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap