“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

3 polis əməkdaşını qətlə yetirən Rövşənlə bağlı maraqlı faktlar - Hadisənin detalları məlum oldu

Tarix 24.06.24, 11:17

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi, bugün polisin Şüvəlandakı əməliyyatı zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs güllələnib.

AzFakt.com xəbər verir ki, "Gununsesi.info" polisləri və qonşusunu qətlə yetirən Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğluyla bağlı bir sıra məlumatlar əldə edib.

Məlumatda bildirilir ki, Rövşən Allahverdiyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Əvvəllər də bu maddə ilə məhkum olunan Rövşən Allahverdiyevin ayrı-ayrı vətəndaşlara 1.5 milyon manata yaxın zərər vurduğu deyilir. 

İddialara görə, onun barəsində Xəzər Rayon Polis İdarəsində çoxsaylı şikayətlər olub. Bildirilir ki, bir müddət əvvəl Türkiyədə yaşayan Rövşən Allahverdiyev bu yaxınlarda ölkəyə daxil olub. Onun evində olmasına dair polisə daxil olan məlumatdan sonra qarşıdurmada həlak olan polis əməkdaşları onun mənzilinə gedib.

Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib. Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.




Xəbərin oxunma sayı : 862




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap